1-ci və ya 2-ci kurs tələbəsi kimi Google-da necə təcrübə keçmək olar?
Haqqımda: Mən ABŞ-da kompüter elmləri üzrə bakalavr təhsili alıram, lakin təcrübələrim bütün Azərbaycanlı tələbələr üçün uyğundur.
Bir çox kompüter elmləri tələbələri və proqramlaşdırma həvəskarları kimi Google-da işləmək mənim üçün bir xəyal idi. 2013-ci ildə “Internship” filminə baxandan sonra özümə söz vermişdim ki, bir gün o mühitdə işləyəcəm. Beləliklə, 2019-cu ilin payızında, universitetdə təhsil aldığım ilk kursda mən ilk dəfə Google STEP-ə müraciət etdim və bir neçə ay sonra rədd cavabı aldım. Humanitar elmlərə əsaslanan liseydə oxuduğum və nümayiş etdirmək üçün çox təcrübəm və ya layihələrim olmadığı üçün bu mənim üçün sürpriz olmadı. Növbəti bir neçə ay ərzində mən texniki bacarıqlarımı gücləndirdim və bəzi texniki layihələr qurdum. Beləliklə, 2020-ci ilin payızında, universitetin 2-ci kursunda müraciətim uğurlu oldu, Google STEP təcrübəsinə müsahibə dəvəti aldım, müsahibədən keçdim və iş təklifi aldım Mountain View, Californiya offisinə!
STEP təcrübəsi haqqında
Əvvəllər Engineering Practicum kimi tanınan STEP (Student Training in Engineering Program), kompüter elminə həvəsi olan birinci və ikinci kurs bakalavr tələbələri üçün 12 həftəlik təcrübə proqramıdır. İştirak etmək üçün siz kompüter elmləri və ya əlaqəli sahədə (riyaziyyat, elektrik mühəndisliyi və s.) 1–2ci kursda təhsil almalısınız. 12 həftə ərzində sizə Google-un komandalarından birinə yerləşdirilir və başqa bir təcrübəçi ilə layihə verilir. Bu, software engineering təcrübəsidir.
Faydalar/ Xərclər/ Əmək haqqı
Azərbaycanda və ya başqa yerdə təhsil alan tələbə kimi siz bu şirkətlərə necə daxil olacağınızı düşünə bilərsiniz. Təcrübə üçün seçilsəniz, Google seçilmiş ölkəyə vizanıza sponsorluq edəcək! Beləliklə, harada oxumağınızın fərqi yoxdur; siz istənilən Aİ ölkəsində və ya Böyük Britaniyada, hətta ABŞ ofisində təcrübə keçmək üçün müraciət edə bilərsiniz və Google onların təcrübəsinə qoşulmaq üçün vizanıza sponsorluq edəcək.
Bu təcrübə üçün hər hansı bir kompensasiya varmı? Bunun üçün pul ödəməliyik?
Heç bir şey ödəməyəcəksiniz, amma maaş alacaqsınız. Google sizə 12 həftə ərzində iki həftədə bir/ayda bir maaş ödəyəcək. Onlar həmçinin uçuş/yerləşdirmə xərclərini ödəmək üçün sizə relocation pulu verəcəklər (bu böyük məbləğdir, ona görə də siz hətta maaşınızı uçuşlar/yaşayış xərclərini ödəmək üçün istifadə etməyəcəksiniz). Nəhayət, onlar sizin vizanıza və hər hansı əlaqəli ödənişlərə sponsorluq edəcəklər.
Beləliklə, siz bu təcrübədə heç bir pul itirməyəcəksiniz, lakin təcrübə və pul qazanacaqsınız.
Necə müraciət etmək olar
Proqrama Google-un karyera səhifəsindən müraciət edə bilərsiniz. Bu il son tarix 11 noyabr 2022-ci ildir.
İşə Qəbul Prosesi
1-ci tur: Resume Screening
Birinci mərhələ CV-nin Google tərəfindən seçilməsini təmin etməkdir. Ən azı 1 və ya 2 yaxşı layihə və bəzi texniki bacarıqları olan layiqli bir CV-yə sahib olmalısınız. Yaxşı olar ki, 2-ci kurs tələbəsi kimi bir az əvvəl təcrübəniz varsa, lakin 1-ci kursda onlar yalnız bəzi şəxsi layihələr gözləyirlər. Kompüter elmləri və texnologiyaya həvəs göstərsəniz yaxşı olar. Bunu etməyin bəzi yolları:
1. Kodlaşdırma müsabiqələrində iştirak, məs. Kick Start. Birinci yeri qazanmaq lazım deyil. Bu, kodlaşdırmanın zövq aldığınız bir şey olduğunu və bacarıqlarınızı daim təkmilləşdirməyə hazır olduğunuzu göstərir.
2. Hackathonda iştirak: Bakıda hər il çoxlu hakatonlar keçirilir. Onlarda iştirak edin və orada tam layihələr yaradın. Beləliklə, CV-ni yerləşdirmək və müsahibələr zamanı müzakirə etmək üçün hazır layihələriniz olacaq.
3. Şəxsi layihələr: Veb səhifə qurun, oyun qurun və veb tətbiqi yazın. Bacarıqlarınızı sinifdən kənarda davamlı olaraq inkişaf etdirdiyinizi göstərən hər şeyi yaradın. Onları GitHub-da yerləşdirin və CV-yə keçidlər əlavə edin.
4. Community building: ACM kimi yerli kompüter elmləri klublarına qoşulun və ya universitetinizdə/bəzi repetitorluq mərkəzlərində proqramlaşdırma müəllimi olun. Bu, bütün gün ekran arxasında oturmadığınızı və əsl insan olduğunuzu göstərəcək.
5. Open Source: İlk baxışdan çətin görünsə də, GitHub kimi platformalar sayəsində açıq mənbəli layihələrə töhfə vermək olduqca asandır. Sənədlərə bəzi tərcümələr əlavə etməklə başlaya bilərsiniz. Açıq mənbə təcrübəsi qazanmağınıza və həmçinin Azərbaycanın texnoloji icmasına kömək etmək üçün tez-tez istifadə olunan open source leyhələrin Azərbaycan dilinə tərcümə edilmiş sənədləri əlavə edin. Sonra siz tez-tez istifadə etdiyiniz kitabxanaların/dillərin texniki təkmilləşdirmələrini təmin etməyə cəhd edə bilərsiniz.
Mənim CV-də aşağıdakı təcrübələr var:
1. Universitetimdə proqramlaşdırma üzrə müəllim
2. Kiçik bir şirkətdə Full Stack Mühəndisi təcrübəçi
3. Universitetim üçün Hackathon təşkilatçısı
4. Bir neçə hackathon layihəsi
5. Professorlarımdan biri üçün etdiyim Data Analyst işi
Gördüyünüz kimi, mənim CV-də qeyri-adi təcrübələr yox idi. Mən informatika olimpiadasında, kodlaşdırma yarışlarında iştirak etməmişəm. Ancaq universitetimdə və kiçik şirkətlərdə təcrübə keçmək üçün hər hansı bir texnologiya təcrübəsi əldə etməyə çalışdım.
2-ci tur: 2 Alqoritmik Müsahibələri
CV-niz seçilərsə, siz Data Strukturları və Alqoritmlər əsasında iki 45 dəqiqəlik texniki müsahibəyə dəvət olunacaqsınız. Onlar adətən sizə müsahibələrə hazırlaşmaq və planlaşdırmaq üçün 2–4 həftə vaxt verirlər. Həmin müsahibələr eyni gündə arxa-arxaya aparılır.
Müsahibələr zamanı leetcode-da olduğu kimi Data Strukturları və Alqoritmləri ilə bağlı bir neçə problemi həll edəcəksiniz. Müsahibələrə hazırlaşmaq üçün aşağıdakı mənbələrdən istifadə etdim:
1. Müsahibələrin strukturunu, böyük texnologiya və startap şirkətlərinin müsahibələrdən nə gözlədiyini və əhatə etməli olduğunuz mövzuları başa düşmək üçün “Cracking the Coding Interview” kitabını oxuyun.
2. Alqoritmlərin və Data Strukturlarının əsaslarını öyrənin. Siz MIT 6.006 kimi kurslara və ya YouTube videolarına, məsələn, “Data Structures Easy to Advanced Course — Full Tutorial from a Google Engineer” kimi kurslara baxa bilərsiniz. Həmçinin, time və space complexity öyrənin!
3. Alqoritmik sualları həll etmək üçün ümumi nümunələri öyrənmək üçün “14 Patterns to Ace Any Coding Interview Question” məqaləsini oxuyun.
4. Mock alqoritmik müsahibələrə baxmaq üçün Exponent YouTube kanalından istifadə edin!
5. (Ödənişli) Hazırlıq üçün istifadə etdiyim ən yaxşı kurslardan biri educative.io-da alqoritmik problemləri həll etmək üçün nümunələr üzərində dərindən gedən və ümumi məsələlərə nümunə həllər təqdim edən “Grokking the Coding Interview: Patterns for Coding Questions”dır.
6. Alqoritmik sualları həll etmək üçün leetcode-un Top Interview Questions hazırlıq kursundan istifadə edin. Bu kurs əsasən müsahibələrdə istifadə olunan mövzuları əhatə edir və hər bir mövzu üçün nümunə problemlər verir. Müsahibələrdən əvvəl 50–100+ orta problemi həll etməyə çalışın.
Texniki hazırlıqdan başqa, şansınızı artırmaq üçün :
- Problemləri həll etməyi məşq edin: Yalnız problemi həll etmək deyil, həm də onu necə həll etdiyinizi bildirmək vacibdir. Bu problemləri həll edərkən ingilis dilində düşünmək və danışmaq çətin ola bilər, ona görə də düşünmə prosesinizi mümkün qədər məşq edin. Pram kimi veb saytlardan istifadə edə və ya dost tapıb bir-birinizlə məşq edə bilərsiniz. Universitetinizin məzunları da bu işdə sizə çox kömək edə bilər, xüsusən də müsahibələrdən keçiblərsə və bu prosesdə təcrübəyə malikdirlər.
- Müsahibinizlə danışın: Problemi mükəmməl həll edə bilərsiniz. Ancaq müsahibinizlə əlaqə saxlaya bilmirsinizsə və düşüncə prosesinizi onlara çatdıra bilmirsinizsə, yenə də müsahibədə uğursuz olacaqsınız. Beləliklə, müsahibinizlə söhbət qurun. Səhv yolda olduğunuz halda, onlar sizi düzgün həll yoluna qaytarmağa kömək edə bilərlər. Bu birtərəfli müsahibə deyil; ünsiyyət quraraq problemləri həll edirsiniz!
3-ci tur: Team Matching
Əgər bu mərhələni keçmisinizsə, artıq STEP təcrübə təklifiniz var! Son mərhələ komandaya və layihəyə təyin olunmaqdır. Bunu seçimlərinizə uyğun olaraq müxtəlif komandalarla kiçik qeyri-texniki müsahibələr etməklə edirsiniz.
Google Ads ilə ilk müsahibəmdə mənə uyğun gəldi. Mən sizə məsləhət görürəm ki, istənilən komandaya açıq olun, seçimlərinizi və şanslarınızı məhdudlaşdırmayın.
Son sözlər
Mən hər bir 1-ci və 2-ci kurs tələbəsinə STEP təcrübəsinə müraciət etməyi məsləhət görürəm, çünki bu, gələcək təcrübə və iş yerləri üçün daha çox imkanlar açacaq. Təcrübə müddətində yaxşı nəticə göstərsəniz, Software Engineer (SWE) təcrübəsinə qayıtmaq təklifi alacaqsınız və bu SWE təcrübəsindən sonra Google ilə iş təklifi ala bilərsiniz.
Ümid edirəm ki, burada dəyərli məlumat əldə etdiniz və gələn il bəzilərinizi Google-da təcrübə keçəcəksiniz :)
Bu məqaləni bəyəndinizsə və texnoloji təcrübə programları haqqında daha çox məqalə oxumaq istəsəz məni izləyin!
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur