18-aprel-tarixi-dunyada-beynelxalq-abideler-ve-tarixi-yerler-gunu-kimi-qeyd-olunur
Müəllif: Publisist.az /Tarix: 2022-04-18 /Oxunma Sayı: 1100

18 aprel tarixi dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

 
   Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
   Əsrlər boyu aparılan müharibələr, işğallar nəticəsində tarixi abidələrin bir qismi dağıdılmış və ya məhv edilmişdir. Bu varvarlıq ölkəmizdən də yan keçməyib. Uzun illər işğal altında olan torpaqlarımızda erməni hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışdır. Qədim Azərbaycan torpağı Dağlıq Qarabağ və ona bitişik rayonlarda 6-sı memarlıq, 7-si arxeoloji olmaqla 13 dünya əhəmiyyətli, 292 ölkə, 330 yerli əhəmiyyətli abidə, 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi ya tamamilə məhv edilmiş, ya da ciddi ziyan görmüşdür.
    Bu gün dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasət, ordumuzun gücü və xalqımızın iradəsi sayəsində ölkəmiz qalib dövlətlər sırasındadır. 44 günlük Vətən müharibəsi nəticəsində erməni əsarətində qalmış torpaqlarımız azad olundu. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında erməni qəsbkarları tərəfindən vəhşicəsinə dağıdılan, zərər yetirilən tarixi abidələrimizin bərpası və gələcək nəsillərə çatdırılması sahəsində böyük işlər həyata keçirilir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur