2022-ci-il-mart-ayinin-qeyri-is-gunleri
Müəllif: Publisist.az /Tarix: 2022-02-16 /Oxunma Sayı: 28537

2022-ci il mart ayının qeyri-iş günləri

2024 - cü ilin qeyri iş günləri üçün bu linkə klik edin

 

 Publisist.az Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən xəbər verir ki, 2022-ci il mart ayında aşağıdakı günlər iş günü hesab edilmir:   

Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Eyni zamanda 2022-ci ilin digər qeyri-iş günləri ilə aşağıdakı təqvimdən tanış ola bilərsiniz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 

2022-ci ilin qeyri-iş günləri açıqlandı
 

 

8  mart – Qadınlar günü;

20, 21, 22, 23, 24   mart –  Novruz bayramı;

9 may – Faşizm üzərində Qələbə günü;

2, 3 may –  Ramazan  bayramı;

28 may – Müstəqillik Günü

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş  günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

9, 10 iyul – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;                                                 

9  noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 dekabr – Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Web saytın cPanelə yüklənməsi. video

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur