aciq-qapi-gunleri
Müəllif: Publisist.az /Tarix: 2023-05-12 /Oxunma Sayı: 356

“Açıq qapı günləri”

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə 13-21 may 2023-cü il tarixlərində “Açıq qapı günləri” elan edilir.
Huavei Azərbaycanda biznes fəaliyyətinə 2004-cü ildən başlayıb. İKT infrastrukturu və smart cihazların aparıcı qlobal təchizatçısı kimi Huavei Azərbaycanın uzunmüddətli davamlı inkişafına gətirib çıxaracaq İKT sektorunun inkişafına yardım etmək öhdəliyi götürüb. “Azərbaycanda, Azərbaycan üçün” şüarı ilə Huavei qlobal Korporativ və Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinə üstünlük verir.
Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən müxtəlif mövzularda ustad dərsləri də həyata keçirilməkdədir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur