adnsu-telebeleri-ucun-it-kurslara-qeydiyyat-davam-edir
Müəllif: Publisist.az /Tarix: 2022-01-26 /Oxunma Sayı: 630

ADNSU Tələbələri üçün IT kurslara qeydiyyat davam edir

ADNSU Tələbələri üçün IT kurslara qeydiyyat davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2021/2022-ci tədris ilinin yaz semestrında keçiriləcək IT kurslara (bootcamp) qeydiyyat davam edir.

Kursda iştirak etmək istəyən tələbələr 1 fevral 2022-ci il tarixinədək https://bootcamp.algoritmika.org/codeforfuture linki vasitəsilə qeydiyyatdan keçməli və biliklərin yoxlanılması məqsədilə zəng vasitəsi ilə keçiriləcək müsahibədə uğur qazanmalıdırlar.

Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edə bilərlər.

Qeyd edək ki, kurslarda iki- Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqram üzrə tədris veriləcək və 300 tələbəni əhatə edəcək. Məqsəd tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur