Adobe Photoshop-u iPhone-lara gətirir
Adobe məşhur dizayn və redaktə aləti olan Photoshop-un mobil tətbiqini təqdim edir. İlk olaraq iPhone istifadəçiləri üçün istifadəyə veriləcək tətbiq, ilin sonlarına doğru Android cihazlarında da mövcud olacaq.
Yeni "Photoshop for iPhone" tətbiqi ilə istifadəçilər, masaüstü versiyasındakı redaktə alətlərini mobil ekrana uyğun şəkildə istifadə edə biləcəklər. Tətbiq həm pulsuz, həm də ödənişli funksiyalar təklif edir. İstifadəçilər, müəyyən bir məbləğ ödəyərək veb versiyasındakı Photoshop ilə də birləşdirə biləcəklər.
Tətbiqin pulsuz versiyasını istifadə edənlər, Photoshop-un əsas alətlərindən istifadə edərək şəkilləri redaktə edə, hissələrini silə və ya rəngləri dəyişdirə bilərlər. Adobe Firefly tərəfindən dəstəklənən bəzi süni intellekt alətləri də pulsuz istifadəçilərə təqdim ediləcək. Həmçinin, Adobe Stock-un yüz minlərlə pulsuz varlığı, Adobe Express, Adobe Fresco və Adobe Lightroom tətbiqləri ilə birbaşa inteqrasiya da pulsuz istifadəçilərə təqdim olunacaq.
Ödənişli istifadəçilər isə mobil tətbiq və masaüstü versiyası arasında asanlıqla keçid edə biləcək, həmçinin təklif olunan süni intellekt alətlərinin hamısına daxil ola biləcək və 20.000-dən çox şrift seçimi əldə edəcəklər. Aylıq 7.99 dollar ödəyərək Premium abunəlik əldə etmək mümkündür.
Adobebu tətbiqi əsasən gənc istifadəçilər və telefonlarını kreativ məqsədlərlə istifadə edən şəxslər üçün təqdim edir. Şirkət, tətbiqin məqsədinin Photoshop-un sonsuz imkanlarını yeni nəsil şəkil və dizayn həvəskarlarına təqdim etmək olduğunu bildirib.
Adobe Photoshop-un məhsul idarəçiliyi üzrə rəhbəri Shambhavi Kadam, tətbiqin test edilən istifadəçilərinin, onu rəqəmsal sənət, albom kapakları, moda kataloqları, podcast vizualları, video kiçik şəkilləri və memlər kimi müxtəlif kreativ işlər üçün istifadə etdiklərini açıqlayıb.
Mənbə: https://tech.az/az/
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur