azerbaycan-respublikasi-gencler-ve-idman-nazirliyi-ise-qebul-elan-edir
Müəllif: Publisist.az /Tarix: 2022-01-12 /Oxunma Sayı: 960

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edir:
Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilən“Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:
 
1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru
2. Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsi
3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsi
4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsi
5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsi
6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsi
“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
– ali təhsil;
– gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
– yaş həddi 35-dək;
– minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
– CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)
– Şəxsiyyət vəsiqəsinin surəti;
– ali təhsil haqqında diplomun surəti;
Sənədlər 12 yanvar 2022-ci il tarixindən elektron formada Gənclər və İdman Nazirliyinin elan@mys.gov.az ünvanına göndərilməlidir.
Hər bir müraciət edən şəxsə onun müraciətinin qeydə alınmasına dair elektron poçt ünvanına bildiriş göndərilir.
Müraciət üçün son tarix: 25 yanvar 2022-ci il
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur