bakida-qadinfest-platformasinin-teskilatciligi-ile-ikinci-defe-festival-kecirilir
Müəllif: Publisist.az /Tarix: 2022-06-16 /Oxunma Sayı: 644

Bakıda QadınFest platformasının təşkilatçılığı ilə ikinci dəfə festival keçirilir!

 
 
 17, 18 və 19 iyun tarixlərində Bakıda QadınFest.az platformasının ikinci dəfə təşkil etdiyi qadın festivalı keçiriləcək. Tədbirin əsas məqsədi qadınlar üçün müxtəlif sahələr üzrə maraqlı spiker və ekspertlərin faydalı çıxışlarını dinləyə biləcəkləri, master klasslarda iştirak edəcəkləri, idman və rəqslə məşğul ola, yeni dostlar qazana və hər cəhətdən faydalı zaman keçirə biləcəkləri mühit yaratmaqdır.
 
 Festival spikerlərinin çıxışlarında da “evlilik münasibətləri”, “ailə və karyera”, “bütün ailə üçün sağlam həyat tərzi”, “nikahda münaqişələr”, “uşaqların doğulması və sonsuzluq” kimi bir çox mövzulara toxunulması nəzərdə tutulur. Festivalda psixoloqlar, həkimlər, şəxsi inkişaf koçları, qida bloqerləri, stilistlər, biznes qurucuları və başqa sahələr üzrə fəallar iştirak edəcəkdir.
 
 Festival Park Bulvar ticarət mərkəzində üç müxtəlif hissədə keçiriləcək. Birinci mərtəbədə çıxışlar və master klasslar ilə əsas səhnə planlaşdırılıb, dördüncü mərtəbədə yerləşən Planetariumda da müxtəlif sahələrdən spikerlər çıxış edəcək. Bu hissədə yerinizi rezerv etmək üçün əvvəlcədən qeydiyyatdan keçərək bu görüşlərə yazıla və istədiyiniz sualları şəxsən soruşa bilərsiniz (qeydiyyat forması: shorturl.at/emnHT) və Sağlamlıq Zonası sizi beşinci mərtəbədə gözləyir!
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur