Blockchain nədir? Paylana bilən şəbəkə sistemi nədir? Bloklar zənciri iş prinsipi
Bloklar zənciri nədir?
Verilənlərin heç bir mərkəzə ehtiyacı olmadan və paylana bilən bir şəbəkədə saxlanıldığı qeyd texnologiyasına Blockchain və ya bloklar zənciri deyilir. Həyatımıza ilk kripto valyutası olan Bitcoin ilə daxil olan blockchain - Ənənəvi verilənlər bazası kimi deyil, bir-birinin ardınca əməliyyatları sadalayan rəqəmsal bir kitab kimi işləyir.
Adından da məlum olduğu kimi blockchain-in işləmə prinsipi bloklara və hər bir bloku bir-birinə bağlayan zəncirdən ibarətdir. Blockchain-də məlumatlar blok halında saxlanılır. Hər bir blokda əməliyyat məlumatı və əvvəlki blokun şifrələnmiş qısa kodu var. Hər blok əvvəlki ilə şifrəli şəkildə əlaqələndirildiyindən, hər hansı birini dəyişdirmək bütün sonrakı bloklarda dəyişikliklər yaradır. Bu isə mümkünsüz olduğundan məlumatların heç vaxt dəyişdirilmədiyindən əmin olunur.
Sadələşdirilmiş blockchain-in quruluşu.
Paylana bilən şəbəkə sistemi nədir?
Bir-biri ilə əlaqə quran fərqli kompüterlərdə eyni məlumat qeydinin aparılmasına paylanmış şəbəkə sistemi deyilir. Paylanmış bir şəbəkədəki avadanlıq tək bir kompüter kimi davranır. Bu şəkildə bəzi kompüterlərdə texniki nasazlıqlar baş versə də, məlumatların bir nüsxəsi digər üzvlərdə saxlanıldığından sistem fasiləsiz olaraq işini davam etdirir. Qısaca hər bir məlumat mərkəzi sistemdə deyil paylana bilən şəbəkədə qalır.
1.Merkezi - Ənənəvi və ya mərkəzli olaraq hər bir istifadəçi eyni kompüterə bağlıdır.
2.Merkeziyetsiz - Mərkəzləşdirilməmiş strukturlarda istifadəçilər onlar üçün ən səmərəli serverə qoşulurlar.
3.Dağıtık - Paylana bilən şəbəkədə isə istifadəçilər eyni zamanda məlumat təminatçılarıdır.
Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.
Veb Sayt : Elgun Mammadli