Coca-Cola şirkəti ilk kağız butulkanı sınaqdan keçirir
Coca-Cola plastik butulka istehsalını tamamilə dayandırmaq üçün kağızdan istehsal oluna bilən butulkanı sınaqdan keçirir.
Kağız butulkanın prototipi Danimarka şirkəti tərəfindən, hələdə nazik plastik astarı olan çox möhkəm kağızdan hazırlanır. Şirkətin əsas məqsədi qazlı içkilərdə qaz çıxmasının qarşısını ala bilən, təkrar emal edilə bilən və ən əsası tərkibində plastik olmayan bir butulka istehsal etməkdir.
Bele olduğu halda bu butulka içkinin dadını dəyişə və sağlamlıq üçün təhlükə yarada bilər. Ancaq sənaye nəhəngləri planı dəstəkləyirlər. Məsələn, Coca-Cola, 2030-cu ilə qədər sıfır tullantı istehsal etməyi qarşısına məqsəd qoymuşdur.
Buna əsas səbəb kimi isə 2020-ci ildə "Break Free From Plastic" - xeyriyyə qrupu tərərfindən Coca-Cola dünyanın bir nömrəli plastik çirkləndiricisi seçilmişdir. Coca-Cola- dan sonra isə digər içki şirkətləri olan Pepsi və Nestle seçilmişdir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur