emas-isaxtaran-ve-isegoturenleri-vahid-platformada-birlesdirir
Müəllif: Publisist.az /Tarix: 2024-03-05 /Oxunma Sayı: 237

ƏMAS işaxtaran və işəgötürənləri vahid platformada birləşdirir!

ƏMAS işaxtaran və işəgötürənləri vahid platformada birləşdirir!

İşğaldan azad olunmuş ərazilərdə əməkdaş tapmaqda çətinlik çəkən işəgötürənlər “Əmək və məşğulluq” altsisteminə daxil olaraq Vakansiya bankında boş iş yerləri üzrə elan yerləşdirə bilər.

Bu zaman yerləşdirilmiş vakansiya qeyd olunan tələblərə ən uyğun işaxtaranlara çatmış olur və onlar rahatlıqla sistem üzərindən vakansiyaya müraciət edə bilir.

İşəgötürən vakansiyanı necə yerləşdirə bilər ❓

🔘 www.emas.sosial.gov.az portalına daxil olun;

🔘 ASAN və ya elektron imza vasitəsi ilə sistemə daxil olun;

🔘 “Struktur əməliyyatları” bölməsindən “Təşkilatın strukturu”nu seçin;

🔘Açılan səhifədə “Ştatlara baxış” düyməsinə klikləyin;

🔘Ştatları seçib “Vakansiya bankına göndər” bölümünə keçin;

🔘Açılan səhifədə vakansiya tələblərini doldurun;

🔘"Yadda saxla" düyməsini sıxın.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur