flex-proqrami-ile-xaricde-tehsil
Müəllif: Publisist.az /Tarix: 2021-04-09 /Oxunma Sayı: 707

FLEX proqramı ilə xaricdə təhsil

Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı 1992-ci ildə ABŞ konqresi tərəfindən ABŞ və Avrasiya xalqları arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənc istedadlara dəstək vermək məqsədi ilə yaradılmışdır. FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) tərəfindən idarə olunur. Proqram 11-ci sinif şagirdlərinə 1 akademik il ərzində ABŞ məktəblərində təqaüdlə oxumaq şansını verir. Təqaüdə daxildir:

  • Məktəb ilə ev arasında yol xərcləri
  • Ictimai həyatda iştirak etmək və gündəlik tələbatını ödəyə bilmək üçün aylıq təqaüd
  • Iştirakçının seçilmiş ailəyə yerləşdirilməsi
  • Orta məktəblərə qəbulu
  • Gediş öncəsi və sonrası daxil olmaqla 1 oriyentasiya proqramında iştirak
  • Abş-da müxtəlif tədbirlərdə iştirak
  • ABŞ-a gəlmədən öncə mövcud xəstəliklər və diş baxımı istisna olmaqla sığorta

Təqaüdə xarici passportun verilməsi,əlavə yüklərin və ABŞ-da ailə ilə birlikdə səyahət xərcləri daxil deyildir.Proqramda məktəb göstəriciləri yüksək olan,ABŞ vizasını ala bilən,son 5 ildə ABŞ-da 3 aydan çox müddət qalmayan və Azərbaycan Respublikasının vətəndaşı olan bütün 11-ci sinif şagirdləri ştirak edə bilər. Seçim turları 3 mərhələdən ibarətdir və tamamilə pulsuzdur. Sentyabr-dekabr aylarını əhatə edən seçim turları Azərbaycanın müxtəlif bölgələrində yerləşən imtahan mərkəzlərində keçirilir. Ilk tur ingilis dilində test,2-ci tur 3 başlıqda yazılmış ingilis dilində inşa və sonuncu tur isə iştirakçı və onun valideyni ilə görüş,anket doldurma və inşa yazmaqdan ibarətdir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur