fuzzy-coffee-winedan-qizlar-ucun-demir-teqaud
Müəllif: Publisist.az /Tarix: 2022-02-19 /Oxunma Sayı: 1121

Fuzzy Coffee & Winedan qızlar üçün "Dəmir Təqaüd"

Fuzzy Coffee & Wine-dan maraqlı təşəbbüs irəli sürülüb. Belə ki, qızların təhsilinə dəstək vermək məqsədi ilə şirkət yeni bir qərar verib:
 
"Ölkəmizdə qızların təhsili ilə bağlı problemlərin həlli üçün maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bir çoxlarımız başa düşür və dərk edirik. Belə ki, bir qisim ailələr maddi imkansızlıq ucbatından öz istedadlı övladlarına təhsil verə bilmirlər. Bununla bağlı Fuzzy Coffee&Wine olaraq biz bundan sonra hər ay gəlirimizin yarısını qızlarımızın təhsilinə ayırmaq qərarı vermişik. Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir.
Və ən əsası fevral ayından etibarən siz də etdiyiniz və edəcəyiniz bütün ödənişlərlə qızlarımızın təhsilinə dəstək göstərmiş olacaqsınız"

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur