google-pixel-smartfonlarinin-abs-da-satislarina-qadaga-qoyulub
Müəllif: Publisist.az /Tarix: 2022-01-10 /Oxunma Sayı: 357

Google Pixel smartfonlarının ABŞ-da satışlarına qadağa qoyulub

    Google şirkətinin Pixel smartfonları çox maraqlı vəziyyətlə qarşı-qarşıya qalıblar. Belə ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası keçən il təqdim edilmiş Pixel 6 və Pixel 6 Pro modelləri də daxil olmaqla bütün Pixel smartfonlarının ABŞ-da satışlarını qadağan edib. Əsas səbəb isə ABŞ-ın Sonos şirkətinin patent hüquqlarının pozulmasıdır. Audio məhsulların istehsalı ilə məşğul olan Sonos şirkəti hələ 2020-ci ildə məhkəməyə müraciət edərək bildirmişdi ki, Google şirkəti onun intellektual mülkiyyət hüquqlarını pozub. Komissiya tərəfindən qəbul edilmiş qərar həmçinin Chromecast cihazlarını və Nest səsgücləndiricilərini əhatə edir. Qəbul edilmiş qərar 60 gündən sonra qüvvəyə minəcək.

    Sonos şirkəti öz növbəsində yaranmış problemi təzminat ödənişi vasitəsilə həll etməyi təklif edib. Lakin gözləntilərə əsasən Google bu problemi digər üsul ilə həll edə bilər. Heç istisna deyil ki, ABŞ prezidenti Joe Biden komissiya tərəfindən qəbul edimiş qərara veto (müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi akt) qoya bilər. Qeyd etmək lazımdır ki, buna bənzər hadisə 2013-cü ildə baş vermişdi. Belə ki, həmin ildə Samsung-un məhkəmə ittihamları səbəbilə Apple şirkətinə iPhone 4 və iPad modellərinin satışlarını reallaşdırmaq qadağası təyin edilmişdi. Lakin ABŞ-n keçmiş prezidenti Barack Obama həmin məhkəmə qərarına veto qoymuşdu.

Mənbə: https://technote.az/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur