Günümüzdə “Storytelling”-in Rolu Və Diqqət Etməli Olduğumuz 5 Nüans
Sosial media üzərində “Kaş əvvəllər üzərində çalışardım” dediyim və daha sonra əslində bunun həyatımın, karyeram da daxil olmaqla, bir çox yerinə yansıdığını anladığım bacarıq:
– Hekayələşdirmə (Storytelling)
Bəzən sadəcə olaraq yaxşı bir biznes ideya və ya məhsulunun olması qarşı tərəfə düzgün çatdırılmadığı təqdirdə insanlar tərəfindən düzgün qiymətləndirilməyə bilir.
Çünki
- Nəyi satdığınız deyil, insanların siz satdığınız məhsulu nə üçün almalı olduqları
- İş axtarmağınız deyil, qarşı tərəfin nə üçün məhz sizi işə götürməli olduğu
- Biznes ideasının nə olduğu deyil, qarşı tərəfin nə üçün məhz bu ideayaya investisya etməli olduğu
və s. kimi məqamlar məhz “hekayələşdirmə“, el arasında dediyimiz “cümlələri uc-uca qoşub” qarşı tərəfə fikrimizi ona təsir edə biləcək səviyyədə çatdırmağı tələb edir.
Marketinq sahəsi üzrə aparılan araşdırmalar göstərir ki,
İnsanlar hekayələşdirmənin yer aldığı ünsiyyəti, fakt və statistikaların qeyd olunduğu danışıqla müqayisədə 22 dəfə daha çox yadda saxlayırlar.
Bəs, hekayələşdirmə (storytelling) üçün bizə nələr lazımdır və hansı nüanslara diqqət etməliyik?
Gəlin baxaq:
1) Hekayəyə uyğun bir qəhrəman seçin
Baş qəhrəman olmadan bir hekayə hekayə olmaz. Bu baş qəhrəmanın mütləq yaxşı olması isə vacib deyil. Bu bizim özümüz, brend və ya xəyali bir qəhrəman ola bilər. Unutmamalı olduğumuz nüans insanların onunla emosianl bir bağ yarada bilməsidir.
2) Ən yaxşı elementləri hekayənin əvvəlində yerləşdirin
Danışacağımız hekayə ilk bir neçə saniyə və ya dəqiqə ərzində qarşı tərəfin diqqətini və marağını cəlb etməlidir.
Bir başlıq düşünün. Məsələn, “Linkedində necə influencer oldum” və “10,000 AZN-i tək Linkedin üzərindən 1 ilə necə qazandım”.
Sizcə hansı izləyicinin diqqətini dərhal cəlb edəcək? Əlbəttə ki, ikinci daha cəlbedicidir, çünki qazandığım məbləği, yəni Pulu başda qeyd etmişəm.
3) Konflikt yaradın
Bir az qəribə səsləndiyini bilirəm, amma hekayədə konfliktin olması dinləyicini hekayədə saxlayacaq. Yaxşı, bu konflikti necə yarada bilərik?
Hekayədə konflikt yaratmaın 4 yolu:
- İlk öncə həyatında çətinliklər yaşayan və bunun həll yolunu axtarmağa çalışan bir baş qəhrəman yaradın.
- Başlanğıcda həmin qəhrəman yaşadığı çətinlikləri həll etmək üçün əl atdığı bütün yollarda uğursuz olmalıdır. Çünki dərhal uğurlu olarsa bu artıq hekayənin sonu deməkdir.
- Daha sonra qəhrəmanın, problemin həllinə gedən yolda, qarşısına çıxan maneələrdən danışın.
- Və nəhayət ki, uzun sürən araşdırma və əziyyətdən sonra qəhrəman “sizin məhsul” və ya sadəcə olaraq həll yolunu tapmağa nail olur.
4) Dinləmə və Danışma arasındakı əlaqəni anlayın
Təsəvvür edin ki, bir qrup insan qarşısında həkayə danışırsınız və insanlar sizi dinləmirlər. Həkayəni danışmağa davam edərdiniz və ya bunun bir mənası olardımı? Yəqin ki, xeyr.
İnsanları sizi dinləməkdən saxlaya biləcək bütün maneələri və onların potensial həll yolunu müəyyən edin:
- Xarici maneələr
Məsələn, açıq havada çıxış edərkən qəfildən yağış yağdığını düşünün.
- Daxili maneələr
Qapalı yerdə çıxış edərkən qəfildən monitorun söndüyünü düşünün.
Əlbəttə ki, bu punktu marketinq ilə əlaqələndirəsi olsaq, bu halda sosial media üzərində reklam edərkən çatmaq istədiyimiz auditoriyanın yaş qrupu, nələri bəyənib-bəyənmədiyini və davarnışlarını müəyyən etmək lazımdır.
5) Hekayənizi orijinal saxlayın
İnsanlar orjinallığı sevirlər. Yəni hekayənin orjinal olması qarşı tərəfin sizinlə dərhal əlaqə qurmasında çox böyül rol oynayır. Belə bir hekayə yaratmaq isə əlbəttə ki, sizin əlinizdədir. Başqalarının idealarını oğurlamağa və bununla insanları təəccübləndirməyə çalışmayın. Brendinizə sadiq qaldığınız müddətdə insanların hekayənizə reaksiya verməsi (və əlaqə saxlaması) asan olacaq. Başqa sözlə, sizin bir brend olaraq xarakteriniz və şəxsiyyətiniz hekayəyə yansımalıdır.
Son
Auditoriyanın diqqətini cəlb edəcək yaxşı bir hekayə insanlarda rəqəmlərin və data-nın üstünlük təşkil etdiyi hekayə ilə müqayisədə daha yaxşı təəssürat yaradacaq və bu da özlüyündə bir brendsinizsə xidmətinizi, şirkətsinizsə məhsulunuzu, iş axtaransınızsa axtardığınız işi tapmaqda yardımçı olacaq.
Həyat insana daha çox öyrədir nəinki məktəblər.
Karyera inkişafım çox, amma çox keşməkeşli olub. Ağlınıza gələn və gəlməyən bir çox işdə çalışmışam. Metal yığıb satmaq, çörək zavodu, ofisiant, avtobus konduktoru, maşın ustası, reklam agenti və s. Düzdü bunlar barəsində yaxın zamanlara qədər şikayətlənsəmdə anladım ki, hazırda həyatda nail olduğum bütün uğurları məhz keçmiş iş təcrübələrimə borcluyam, qeyri-rəsmi işlər olsada belə.