huquq-nedir-huquq-anlayisinin-en-sade-izahi
Müəllif: Publisist.az /Tarix: 2021-02-20 /Oxunma Sayı: 4510

Hüquq nədir? Hüquq anlayışının ən sadə izahı

Hüquqlarımızı bilməyimiz və onlara əməl etməyimiz üçün "Hüquq" - anlayışının nə anlama gəldiyini başa düşməliyik. Bunun üçün bu yazıda çoxlu elmi və ya bədii terminlər deyil daha çox sadə və "loru" dildə Hüququn nə olduğunu izah etməyə çalışacağıq.

Hər kəsin bildiyi kimi "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Texniki tərəfdən isə biz "Hüquq" anlayışını "Qanun" - sözü ilə əvəz edə bilərik. Belə olduğu halda "Hüquq" - anlayışına bir tərif verə bilirik: 
 "Cəmiyyətdəki hər cür münasibətləri tənzimləyən və ona əməl edilmədiyi təqdirdə dövlət sanksiyaları ilə bağlı olan qaydalar məcmusudur."

Sanksiya mövzusunu bir az izah etsək; Hüquq sahəsində sanksiyalar ictimai güc tərəfindən tətbiq olunur. Qanuna uyğunluğu təmin etmək, yerinə yetirməyənləri cəzalandırmaq və uyğunsuzluq hallarında zərərləri minimuma endirmək üçün istifadə olunur. Qanuni qaydanın təmin edilməsinə və qorunmasına yönələn sanksiyalar da qanuni qaydada nəzərdə tutulduğu kimi həyata keçirilir - yəni - ümumi bir hüquq normaları var ki, biz bunlara qanunlar deyirik və bu qanunlara əməl etmək lazımdır. Yox əgər qanunlara əməl etmiriksə bu zaman biz cəzəlandırlacağıq. Əməl etmədiyimiz zaman bizim cəzamızda müəyyən bir "Hüquq"(qanun) çərçivəsində həyata keçirilir.

Cəmiyyəti tənzimləyən bəzi başqa qaydalar var. Bunlara adətlərimiz, mentalitetimiz və dinlərimizin tələb etdiyi və bizim vacib saydığımız qanunlardır. "Hüquq" - u bunlardan fərqləndirən xüsusiyyət onun dövlət tərəfindən təmin edilməsidir və bu qanunlara əməl etmədikdə və ya əks davrandıqda dövlət tərəfindən məcburi sanksiyalara məruz qalmasıdır. Adətlərimizə görə və ya dinimizin tələb etdiyi hər hansısa bir "qanuna" - a görə heçkəs sizi məcburiyyət qarşısında qoymur. Amma siz son zamanlar pandemiya ilə əlaqədar marşuruta maskasız daxil ola bilməzsiniz. Bu dövlətin qoyduğu qanundur və eyni zamanda bizim hüququmuzdur. Qanun nə qədər cəmiyyətin ümumi qaydalarına uyğundursa, cəmiyyətdə qanundan şikayətlər o qədər az olur. (Əlbətdə ki, hər kəsə bərabər tətbiqetmə kimi meyarlar var.) Bu qaydalar qanuna zidd olduqda, cəmiyyət qanunlardan daha çox şikayətlənir.
Belə nəticəyə gəlmək olar ki, qoyulan qadağalara əməl etdiyimiz zaman biz "Hüquq" normalarını qoruyuruq. Yəni bizim hüquqlarımız digər şəxslərə qoyulan qadağalardır və əksinə bizə qoyulan qadağalar digər şəxslərin hüquqlarını qorumaq üçündür.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur