huseynqulu-sarabski-azerbaycan-sehnesinin-efsanevi-mecnunu
Müəllif: Publisist.az /Tarix: 2022-02-16 /Oxunma Sayı: 526

Hüseynqulu Sarabski - Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu.

 
Bu gün Azərbaycanın Xalq artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabskinin anım günüdür.
Rzayev Hüseynqulu Məlik oğlu 1879-cu ildə Bakıda kasıb bir ailədə doğulub. Aktyor sənətinə gələndə səhnə təxəllüsü-Sarabski götürüb. Sarabski teatrda 30 ildən artıq bir müddətdə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnun rolunu 400 dəfə ifa edib.
 
O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın malalan"), Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı olub.
 
Hazırda Bakıda Mədəniyyət evi, 7 nömrəli uşaq musiqi məktəbi və paytaxt küçələrindən biri dahi lirik tenorun adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə H.Sarabskinin 140 illiyi dövlət səviyyəsində qeyd olunub.
Hüseynqulu Sarabski 16 fevral 1945-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur