ideya-qutusu-layihesi-uzre-muraciet-qebulu
Müəllif: Publisist.az /Tarix: 2022-03-29 /Oxunma Sayı: 465

“İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu

Vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək məqsədilə Dövlət Məşğulluq Agentliyinin başlatdığı “İdeya qutusu” layihəsi üzrə müraciət qəbulu davam edir.

 

Məşğulluq xidmətlərinin daha keyfiyyətli olması və Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə ideyalar üç istiqamətdə qəbul edilir:

1. Agentliyin işinin optimallaşdırılması məqsədilə yeni xidmətlərin təklifi və ya mövcud xidmətlərin təkmilləşdirilməsi üçün təkliflər;

2. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə layihə təklifləri;

3. Özünüməşğulluq zərflərinin təkmilləşdirilməsi üçün təkliflər.

“İdeya qutusu”na müraciətlərinizi aşağıdakı keçid vasitəsilə göndərə bilərsiniz:

https://lnkd.in/ek2-mEAE

İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılacaq və həmin şəxslərə təşəkkürnamə təqdim ediləcək.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur