James Webb teleskopu qaranlıq materiya sirrinin cavabını tapmaqda yardımçı ola bilər
Təyin edilməsi və izlənməsi hələ mümkün olmamış hipotetik qaranlıq materiya kainatda özünü yalnız bəzi qravitasiya hadisələri kimi büruzə verir. Alimlər hələ bu hadisənin təbiəti barəsində geniş məlumatlara sahib deyillər. Stephen Hawking-in vaxtı ikən irəli sürmüş olduğu nəzəriyyəyə əsasən qaranlıq materiya kainatın ilkin mərhələlərində yaranmış kiçik ölçülü ilkin qara dəliklərdir (kainatın ilkin genişlənməsi zamanı yüksək sıxlıqlı materiyada yaranmış hipotetik qara dəliklər). Keçən ay kosmosa göndərilmiş James Webb teleskopu isə bu cür qara dəlikləri aşkar etməyə çalışacaq. Stephen Hawking ilkin qara dəliklərin qaranlıq materiya rolunda çıxış etmələri nəzəriyyəsini 50 il bundan öncə irəli sürmüşdü. Bu, çox sadə və anlaşılan nəzəriyyədir. Onun çərçivəsində hər hansısa qəliz və anlaşılmayan elementar hissəciyin axtarışını aparmağa ehtiyac qalmır.
Əks halda bu, kainatın quruluşunu əhatə edən riyazi və fiziki modellərdə dəyişikliklərin edilməsinə səbəb ola bilər.
Hawking-in təxminlərinə əsasən Böyük partlayışdan sonrakı ilkin mərhələlərdə ətrafa yayılmış maddənin sıxlığı o qədər yüksək olub ki, öz növbəsində qara dəliklərin yaranmalarına gətirib çıxardıb. Lakin elm sahəsində yayılmış və edilmiş müşahidələr ilə uyğunlaşan nəzəriyyəyə əsasən qara dəliklər artıq sönməyə başlamış müəyyən kütləli ulduzlardan yaranırlar. Buna görə də qara dəliklər kainatın ilkin inkişaf mərhələlərində yaranmış ola bilməzlər. Əgər qara dəliklər ilkin maddədən yaranıblarsa, onlar kütlə mərkəzinə çevrilmiş olmalı idilər. Nəticədə onların ətraflarında adi maddə yığılmalı və bunun sayəsində qara dəliklərin ətraflarında ulduzlar və qalaktikalar yaranmalı idilər.
Uğurla kosmosa göndərilmiş James Webb teleskopu kainatın ilkin mərhələlərinə nəzər yetirməkdə yardımçı olacaq. Teleskop birbaşa qara dəlikləri görməsə də, insanların indiyənə kimi müşahidə edə bilmədikləri ən uzaq keçmişdəki ulduzları təyin edə biləcək. Keçmişdə ulduzların qravitasiya davranışları ilə qravitasiya linzası effekti (öz qravitasiya sahəsi vasitəsilə elektromaqnit şüalanmanın yayılma istiqamətini dəyişən yüksək kütləli obyekt) sayəsində bizim qara dəliklər hesab etdiyimiz obyektləri dolayı yolla təyin etmək mümkün olacaq. Və ola bilsin ki, nəticədə biz, kainatın təkamül təbiətini anlaya biləcəyik.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur