jurnalistler-ve-blogerler-ucun-sosial-sahibkarliq-telimi
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 270

Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq təlimi

Hörmətli media nümayəndələri, jurnalistlər, bloqerlər! 

 Sizi Avropa İttifaqının maliyyə dəstəyi, Education HUBın təşkilatçılığı və Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıqda həyata keçirilən "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində "Jurnalistlər, bloqerlər üçün Sosial Sahibkarlıq" adlı təlimə dəvət edirik.

Təlimin əsas məqsədi media nümayəndələri arasında "Sosial Sahibkarlıq" anlayışının formalaşdırılması və cəmiyyətə gətirdiyi dəyəri onların vasitəsi ilə daha çox insana çatdırılmasıdır.

Təlimlərdən sonra media nümayəndələrindən ibarət qrup yaradılacaq və media turlar təşkil olunacaq.

Təlimlər 20-21 May  2023-cü il tarixlərində canlı şəkildə Bakıda keçiriləcəck.

Link

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur