layihelerin-idare-edilmesi-uzre-tecrube-proqrami
Müəllif: Publisist.az /Tarix: 2022-01-06 /Oxunma Sayı: 556

“Layihələrin idarə edilməsi” üzrə təcrübə proqramı

Əziz dostlar,
 
“Libra kitab” nəşriyyatı III və IV kurs tələbələri və yeni məzunlar üçün “Layihələrin idarə edilməsi” üzrə təcrübə proqramı elan edir!
 
2018-ci ildən fəaliyyətə başlayan “Libra kitab” nəşriyyatının məqsədi uşaq ədəbiyyatı sahəsində faydalı və orijinal əsərlər ortaya qoymaqdır. Nəşriyyatımız əsasən uşaqlar və valideynlər üçün kitablar nəşr edir.
 
Vəzifə öhdəlikləri:
 
– Layihə tapşırıqlarının yerinə yetirilməsi və idarə olunması;
– Bazar araşdırmalarının aparılması, şirkətlər və partnyorlarla əlaqə saxlanılması;
– Tərəfdaşlıq görüşlərində iştirak və ortaq fəaliyyətlərə nəzarət;
– Keçirilmiş layihələrin və fəaliyyətlərin effektivliyinin təhlili və hesabatların hazırlanması.
 
Namizədlər üçün tələblər:
 
– Təhsil, sosial və ya biznes layihələrində idarəçi və ya komanda üzvü kimi iştirak  (könüllü fəaliyyət də nəzərə alınır);
– Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti;
– Ofis proqramlarında işləmək bacarığı;
– Güclü liderlik, kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
– Analitik təhlil, çevik qərar qəbuletmə və təşəbbüskarlıq qabiliyyəti;
– Punktual və məsuliyyətli olmaq;
– “Libra kitab” nəşriyyatının dəyərlərini anlamaq və təmsilçiliyi doğru şəkildə həyata keçirmək.
 
* Təcrübə proqramında iştirak edən şəxslərə təcrübə keçmək barədə sənəd veriləcək. Uğurla başa vuran namizədlər isə işlə təmin olunacaqlar.
 
Müraciət etmək istəyən namizədlərin CV və Motivasiya məktublarını (nə üçün bu proqramda iştirak etmək istədiyinizi və tələblərə uyğun namizəd olduğunuzu əsaslandırdığınız yazı) “Layihələrlə iş üzrə təcrübə proqramı” başlığı altında info@librakitab.az e-poçt ünvanına göndərməsi xahiş olunur.
 
Qeyd edək ki, yalnız uğurlu namizədlər müsahibə mərhələsi barəsində məlumat əldə edəcəklər.
 
Müraciət üçün son tarix: 16 yanvar 2022  (saat 00:00)

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur