mektebliler-ucun-teqaudlu-elektronika-telimleri
Müəllif: Publisist.az /Tarix: 2022-11-03 /Oxunma Sayı: 477

Məktəblilər üçün təqaüdlü elektronika təlimləri

Diqqət! Məktəblilər üçün tam təqaüdlü elektronika təlimlərinə qeydiyyat başladı! İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin start verdiyi "Technest" Təqaüd Proqramı çərçivəsində Code and More təlim mərkəzi tərəfindən həyata keçiriləcək təlimlərə müraciət etməyə tələsin!
Təlimdə iştirak edə bilər: Elektronikaya, elektronik cihazlara, ümumiyyətlə mühəndisliyə marağı olan 6-10 – cu sinif şagirdləri.
Təlimin müddəti: 6 ay
Təlim proqramı:
• Elektronikanın əsasları
• Dövrələrin qurulması
• Mikrokontrollerlər və mikrokompüterlər
• Arduino proqramlaşdırma
Təlimi uğurla başa vuran məktəblilər əldə etdikləri bilik və bacarıqları tətbiq edərək robot mexanizmləri hazırlaya, məntiqi düşünmə, plan qurma və reallaşdırma bacarıqlarını inkişaf etdirə biləcək. Eləcə də müxtəlif yarış və olimpiadalara hazırlıq dəstəyi əldə edəcək.
Proqrama qəbul müsabiqə əsasında həyata keçiriləcək. Müsabiqə 2 mərhələdən ibarətdir:
1. Online imtahan (Fizika, Riyaziyyat, Məntiq)
2. Müsahibə
Müsabiqəni uğurla keçmiş namizədlər 2022-ci il dekabr ayından etibarən təlimlərə başlayacaqlar. Proqrama 60 nəfər şagirdin seçilməsi nəzərdə tutulur.
Təlimin sonunda yüksək nəticələr göstərən şagirdlərə sertifikat təqdim olunacaq.
Müasir standartlara cavab verən laboratoriyalarda “Məktəblilər üçün elektronika” təlimlərinə İNDİ MÜRACİƏT ET!
Qeydiyyat tarixi 1-15 Noyabr
Qeydiyyat linki: https://technest.idda.az/
Əlaqə: +994 55 805 68 50 (Zəng/WhatsApp)
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur