ramadan
Ramazana son -
milli-facie-bayraga-munasibet-soyadlarin-ve-ordunun-millilesmesi
Müəllif: Yahya Babanlı /Tarix: 2021-02-01 /Oxunma Sayı: 543

MİLLİ FACİƏ: bayrağa münasibət, soyadların və ordunun milliləşməsi

Hər bir insanın dünyagörüşü - onun formaları, növləri və inkişaf prinsipləri müxtəlifdir. Hərə öz intellektinə uyğun hərəkət edir və fəaliyyət göstərir.

Bu xüsusda kimisə ümummilli məcmuələrə, dəyərlərə münasibətə görə qınamaq, ittiham etmək hələ haqlı və ədalətli olmağımız mənasına gəlmir. Dövlətin atributları bütövlükdə xalqa məxsusdur və ondan istifadə qaydası absurddur. Necə ki, fundamental dəyərlər və dini rituallar məcbur edilə bilməz.

Bu sadəcə yaradılışın qanunauyğunluğudur.

Mütərəqqi saydığımız dövlətlərin əksəriyyətində bayraq gündəlik məişət mallarının üzərini bəzəyir və ya hazırda tibbi masqalara həkk edilir.

Bununla,

1. Yaxın tarixdən məlumdur ki, müqəddəs bayrağımızı sinəsinə vuran necə-necə deputatlar xalqdan başqa hər şeyə xidmət ediblər.

2. Dəfələrlə şahidi olmuşuq ki, müqəddəs bayrağımızı bir sıra məmurlar kabinetində ən görkəmli yerə qoyub nə oyundan çıxıblar.

Bayrağa öz sevgisini müxtəlif cür nümayiş etdirənlər müzakirə mövzusu olmamalıdır.

Formaya yox, məzmuna əhəmiyyət verməliyik.

Məsələn,

övladlarımıza ad verəndə müəyyənləşdirilmiş qaydalara riayət etmək məcburiyyətindəyik. Amma milli anlam kəsb edən Soyad sonluqlarına gəlincə hərə öz repertuarındadır.

Hansıki, 2-ci dövləti mahiyyət daşıyır, nəinki 1-ci. Amma bizdə nədənsə əksinədir.

Digər məsələ,

milli faciə orasındadır ki, biz yenə hacalanmışıq - əvvəldən fərqli olaraq iki yerə:

Rus əsgəri və Türk əsgərinin həsrətini çəkənlər. Əvvəl heç olmaya üçüncü tərəf vardı: Milli Ordu deyən kəsim!

Paylaş:

  1. Yəhya Babanlı (tam adı Yəhya Məmməd oğlu Babanlı 30 sentyabr 1981, OrdubadNaxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) - tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi, Odlar Yurdu Universitetinin müəllimi.