okeanin-o-tayi-dan-qondarma-ve-gercek-soyqrimlara-demokratik-munasibettarixi-heqiqetlerreal-faktlardemokrtatik-yanasma
Müəllif: Kənan Həsənov /Tarix: 2021-04-25 /Oxunma Sayı: 478

"Okeanın o tayı"-dan qondarma və gerçək soyqrımlara demokratik münasibət.Tarixi həqiqətlər,real faktlar,demokrtatik yanaşma

“Okeanın o tayı”-dan qondarma və gerçəkdə baş vermiş soyqırımlara demokratik” münasibət

Tarixi həqiqətlər,real faktlar,demokratik yanaşma

Azərbaycan və Ermənistan arasında uzun illərdən bəri baş vermiş münaqişə, Azərbaycan xalqının haqlı qələbəsi ilə başa çatdı.I Qarabağ müharibəsi dövründə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırım XX əsrin ən böyük faciələrindən hesab olunur.Burada real faktlar və görüntülər əyani sübut rolunu oynayır.Ümumiyyətlə,soyqırım 5 nəfərdən artıq insanın dini,siyasi,sosial ədavət zəminində öldürülməsinə deyilir.Xocalı soyqırımı 613 nəfərin ölümü,8 ailənin bütünlüklə məhvi,1275 nəfərin əsir düşməsi ilə tarixə keçmiş bir faciədir.Təbii ki, “okeanın o tərəfi” və Qərbin bir çox dövlətləri hələ də bu soyqırımı tanımaqda acizlik və səriştəsizlik nümayiş etdirirlər.Bu bir növ dövlətin bu sahə üzrə təbliğat siyasətinin zəifliyi ilə bağlı olsa da,ümumən haqsızlıq üzərində qurulmuş yanaşmalardan asılıdır.

Ermənilər öz tarixlərində olmayan hadisələri uydurmaqda, “cəlbedici” ssenarilər yazmaqda maraqlıdırlar. “Dənizdən-dənizə böyük Ermənistan”,Albaniya dövlətinin onların varisi olması,Azərbaycan türklərinin Qafqaza XI əsrdə gəlib məskunlaşaraq erməniləri buradan qovmaqları,Qarabağdakı alban kilsələrini öz adlarına çıxmaqları, “Anahit” adlanan fahişə ilahəsinin bütün ermənilərin “anası” adlandırmaları,Gürcüstanda Samtsxe Cavaxeti bölgəsinə,Türkiyədəki Ağrı dağına olan ərazi iddiası xülafələri və 1915-ci il hadisələrini, yəni özlərinin törətdikləri terror aktlarına qarşılıq verən Osmanlı hökümətini ermənilərə qarşı soyqırım törətməkdə günahlandırmaqla məşğuldur.ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğana zəng vuraraq,1915-ci il hadisələrinin 106 illiyi münasibətilə olan çıxışında “soyqırım” ifadəsini işlədəcəyini bildirmişdi.Ərdoğan isə öz növbəsində bunun heç bir tarixi faktı dəyişdirmədiyini və heç bir hüquqi əsası olmadığını bildirmişdi.24 aprel tarixindəki çıxışında Co Bayden 1915-ci il hadisələrini “soyqırım” adlandırdı və Türkiyə ilə münasibətində yeni bir soyuqluğa qədəm qoymuş oldu.Bu da “okeanın o tərəfi”-də olub,heç bir tarixi hadisəyə şahid olmayan demokratik dövlətin demokratik yanaşması...

Hansı ki,həmin dövlət Xocalı soyqırımı üçün heç vaxt konkret ifadələr işlətməmiş, erməniləri soyqırımı törətməkdə ittiham etməmişdir.Ermənistanın Türkiyəyə qarşı yürütdüyü məkrli siyasətin bariz nümunələrindən biri də, 2015-ci ildə İrəvanda,Osmanlı dövlətinin sədrəzəmi Tələt paşanı qətlə yetirən Sogomon Teyliryanın şərəfinə abidə ucaldılması olmuşdur.Abidənin məzmunu əlində silah tutmuş Sogomonun ayağı altında qalan Tələt paşanın kəsilmiş başından ibarətdir.Bu abidənin açılışı bir daha ermənilərin türk-müsəlman millətinə qarşı nifrət dolu,məkrli siyasətindən xəbər verir. Demokratik dövlət olan ABŞ bu abidənin açılışı və illər öncə baş vermiş bu qətlin təfərrüatlarına vararaq münasibət bildirməkdə acizlik nümayiş etdirir.ABŞ-ın öz daxilində baş verən bəzi hadisələr ölkə daxilində çox da demokratik dövlət,demokratik bir cəmiyyət formalaşmadığını göstərir.Corc Floydun qaradərili olduğu üçün öldürülməsi və bir çox buna bənzər hadisələrin baş verməsi digər dövlətlərin daxili işlərinə müdaxilə edən ABŞ-ın əslində öz daxilində həll etməli olduğu bir çox daxili problemlərin olduğunu göstərir.Ataların bir misalı var ki, “kim nədən çox danışırsa,onda o şey yoxdur deməkdir”.Bu misal,tam da bütün dünyaya “demokratiya” dərsi keçən ABŞ-a aid bir misaldır.

Paylaş: