Polşada təhsil
Avropada nisbətən daha aşağı yaşayış xərci,təhsil müddətində yaxud bitirdikdən sonra iş imkanları,asan viza şərtləri olan həmçinin reytinqli universitetdə təhsil almaq istəyirsinizsə Polşa ən uyğun seçimdir. Polşa universitetlərində bakalavr təhsili 2-3 il,magistr təhsili 1-2 il,doktorantura təhsili isə 3 il davam edir.
Təhsil haqqı seçilən universitet və ixtisasdan asılı olaraq təqribən 4-5000 euro təşkil edir. Burada siz yarım il oxuduqdan sonra tələbə dəyişimi proqramları vasitəsilə digər universitetlərdə ödənişsiz təhsil ala bilərsiniz.I semestr üzrə dərslər oktyabr, II semestr üzrə dərslər isə fevral ayında başlanır.
Qəbul üçün tələb olunan sənədlərə bakalavr təhsili üçün Attestat,diplom,ingilis dilində 1 ədəd referans və 2 ədəd motivasiya məktubu,ingilis dili biliyini nümayiş etdirən sənəd(IELTS) və xarici pasport. Sənədlərin tərkibi ixtisas və universitetə əsasən dəyişə bilər. Bakalavr təhsili üçün 5-6.5 IELTS, magistr üçün isə 6.0-6.5 IELTS balı tələb olunur. İngilis dili biliyiniz yoxdursa 1 il Polşa özəl universitetlərində dil kursu keçmək tələb olunur. Təqaüd imkanları isə 200-500 euro təşkil edir və əsasən yerli tələbələr üçün nəzərdə tutulmuşdur.
Siz burada təhsil aldığınız müddətdə xüsusi iş icazəsi ilə həftəlik 20 saatdan ibarət olan iş yerlərində işləyə bilərsiniz. Təhsili bitirdikdən sonra isə yalnız ölkədə qalma icazəsi ilə işləyə bilərsiniz.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur