qizilagac-milli-parkinda-quslarin-qanunsuz-ovu
Müəllif: Publisist.az /Tarix: 2022-02-15 /Oxunma Sayı: 473

Qızılağac Milli Parkında quşların qanunsuz ovu!

Son bazar günü Birdwatching Azerbaijan-ın quşların müşahidəsi turunda iştirakçılar milli parkda su quşlarını ovlayan ovçularla qarşılaşıblar. İçlərində 4 yaşlı uşağın da olduğu tur iştirakçıları quşları izləmək üçün parkın girişindən gölün müşahidə nöqtəsinə yürüş ediblər. Qarşılaşdıqları mənzərə isə fərqli olub. Quşların əvəzinə qamışlıqda gizlənərək quşları ovlayan və qayıqla gölü dövrə vuraraq ördəkləri uçuran brokenyerləri müşahidə ediblər!
Qanunsuz ovçuluğun ən geniş yayıldığı, mühafizəsində ən çox problemlər müşahidə etdiyimiz milli parklarımızdan birincisi elə Qızılağac Milli Parkıdır. Liman qəsəbəsindən başlayan və milli parkın tərkibində olan Kiçik Körfəzdə quşları müşahidə etmək üçün skop (uzaq məsafəni izləməyə imkan verən müşahidə avadanlığı) belə kömək etmir. Quşlar silah səsindən milli parkın dərinlərinə üz tutur. Mühafizənin boşluğundan (optimist yanaşma) istifadə edən ovçular burda da quşları rahat buraxmır. Fotolardan özlərinə qamışlıqda necə kamuflaj yeri düzəltdiklərini görə bilərsiniz (3-ci foto)
Parkda vəhşi heyvanlardan çox inəkləri görsəniz heç təəccüblənməyin. Adi bir haldır bu təbiət ərazisi üçün.
Ovçularla bağlı park rəhbərliyinə məlumat vermişdik yerindəcə. Hələ ki bir xəbər yoxdur. Ovçuların cəzalandırılıb ictimaiyyətə hesabat verilməsini gözləyirik!
 
Elvin Məmmədsoy | Ecofront
 
 
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur