R yoxsa Python? Data analitika
R yoxsa Python?
Bizim ölkədə Data sahəsi dediyimiz vaxt ilk ağla gələn proqram Python olur. Bu pythonun çoxşahəli inkişafı ilə əlaqədardır. Eyni zamanda Python öyrənmək R dilinə nisbətlə daha asandır. Ona görədə Python öyrənilir və öyrədilir. Nəticədə bugün R dilini az insan bilir. Ancaq R və Python hər ikisi bilinsə daha yaxşı nəticələr əldə etmək mümkündür. Çünki hər iki dilin bir birinə qarşı üstünlükləri var. Şəxsi fikrimə görə Pythonun R-dan üstün cəhətləri
1. Asan öyrənilən proqram olması
2. Qaynaqlarının çox olması
3. Model inteqrasiyası baxımından daha asan kitabxanaların mövcudluğu
4. Suni İntellekt, Dərin öyrənmə kimi mövzularda birçox alqoritmin Python dilində yazılması.
R dilinin Pythona görə üstünlükləri
1. Statistika əsaslı proqramlaşdırma dili olduğu üçün datanın ilkin analizində daha güclüdür. Pythona görə çox daha geniş kitabxanalara sahibdir.
2. Data Vizuallaşdırma sahəsində pythona görə daha güclü kitabxanalara sahibdir.
3. Database inteqrasiyasında daha çox kod dəstəyinin olması. Yəni R ilə SQL-ə bağlandığınız zaman SQL kodları istifadə etmədən sadəcə dplyr sorğuları ilə datanı sorğulaya bilərsiniz. Eyni şey pythonda pandas üçün keçərlidir. Ancaq pandasın SQL üçün dəstəklədiyi kod və dplyrın SQL üçün dəstəklədiyi kodlara baxanda dplyr daha öndədir.
Əslində bu 2 dil deyil onların kitabxanalarının qarşılaşdırılması daha düzgün olar. Məsələn Machine Learning üçün R - da əsasən tidymodels və Caret paketlərindən istifadə olunur.
Pythonda isə Scikit-learn. Scikit-learn daha istifadəçi dostudur) Vizuallaşdırma sahəsində isə R-da olan ggplot paketləri Matplotlib və Seaborndan daha zəngindir. İlkin olaraq hansı öyrənilsin deyə soruşulsa şəxsi təcrübəmə görə R deyərəm. Çünki R öyrəndiyiniz zaman Python öyrənmək sizin üçün asan olacaq. Hal hazırda Python öyrənən biri olaraq deyirəm bunu. Ancaq siz əvvəlcə Python öyrənsəniz sonra R öyrənməyə çalışsanız R dilinin kod yazımı biraz çətin gələ bilər sizə. Ümumiyətlə sadəcə olaraq 2 dildən birini öyrənmək istəyirəm deyirsinizsə o zaman Python öyrənin.