reactda-tercume-sistemi
Müəllif: Publisist.az /Tarix: 2023-01-10 /Oxunma Sayı: 498

React`da tərcümə sistemi

Salamlar. Bu gün React`da , i18n paketi ilə tərcümə sistemini necə qura biləcəyimizi görəcəyik. İlk başda bir çoxlarına qarışıq kimi gələn bir mövzudur amma o qədər də yorucu bir mövzu deyil.

Başlayaq.

İlk öncə paketimizi quraq :

npm install i18next react-i18next i18next-browser-languagedetector

Paketimiz qurulduqdan sonra i18n və locales adında 2 qovluq yaradaq :

i18n : paketin konfiqurasiyası burada edilir

locales : dil paketlərininin saxlanacağı qovluq

Mən 2 dil əlavə etdim. Hər dil paketinin saxilində o dilə aid tərcümə faylı saxlanılır.

İndi isə i18n qovluqunun daxilində paket konfiqurasiyasını edəcəyimiz , i18n.js adlı fayl yaradaq və ilkin konfiqurasiyanı edək :

Ardıyca isə konfiqurasiya fayllarımızı yaradaq. Hər dil paketinin daixlində translation.js adlı fayl yaradırıq və uyğun tərcümələri qeyd edirik.

Locales / AZ / Translation.js :

Locales / EN / Translation.js :

Artıq bütün tənzimləmələrimiz hazırdır. İsə komponentdə istifadə edək.

Tərcümə faylından sözləri çəkmək üçün , useTranslation Hook`undan istifadə edəcəyik.

Və dili dəyişə bilmək üçün, i18next paketindən i18n`u import edirik. Və daxilindəki changeLanguage funksiyasını istifadə edirik.

Indi isə komponentimizə baxaq.

İlkin halı :

“dili dəyiş” button`u klikləndikdən sonra :

Bu qədər sadə :) Istəyə uyğun olaraq tərcümə edilmiş sözləri artıra , qruplaya , üstəlik dil sayını da artıra bilərsiz.

Oxuduğunuz üçün təşəkkürlər :)

 

Müəllif : Jahangir Kazimli

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur