regionda-emek-yarmarkasi
Müəllif: Publisist.az /Tarix: 2024-05-19 /Oxunma Sayı: 134

Regionda Əmək Yarmarkası

Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Qusar şəhərində əmək yarmarkası keçiriləcəkdir.

Tədbirdə Qusar rayonunda fəaliyyət göstərən 15 işəgötürən tərəfindən 190 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

 Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, (Heydər Əliyev Mərkəzi)

22 may 2024

🕚 11:00

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur