serq-xalqlarinin-musiqisi
Müəllif: Publisist.az /Tarix: 2021-04-10 /Oxunma Sayı: 1306

Şərq xalqlarının musiqisi

 

   Musiqi haqqında olan tarixdə  ilk məlumatlar şərq ölkələrinə aiddir. Şərq mədəniyyəti ən qədim sayıldığı üçün musiqi tarixinin öyrənilməsini onunla başlayırlar. Misir, Suriya, Ərəbistan, Fələstin, Çin, Yaponiya, Hindistan, Babilistan, Mesopotamiya kimi qədim şərq dövlətləri o dövrdə qabaqcıl ölkələrdən olmuşlar. Bu dövlətlərin musiqisi əsas etibarilə ibtidai quldarlıq cəmiyyətinin hər ictimai sinfinin musiqisi onun həyat xüsusiyyətlərini əks etdirir.

   Şərq dövlətlərinin musiqisi quldarlar və qulların musiqisi olmaqla iki yerə bölünür. Quldarların musiqisində zəngin saray həyatı onların şən əhval-ruhiyyəsi, qulların musiqisində isə onların ağır zəhməti əks olunurdu. Saraylarda keçirilən bayramlarda musiqiyə yüksək qiymət verilirdi. Məşhur ifaçılar bu bayramlarda iştirak edir, eyni zamanda ruhanilər, dindarlar  zəhmətkeşləri asanlıqla istismar etmək üçün musiqidən istifadə edərək ibadətləri   zəngin musiqi müşaqyəti ilə keçirirdi.

   Qədim Şərq ölkələrinin həyatında musiqi o qədər böyük əhəmiyyət kəsb edirdi ki, həmin ölkələrdə musiqiçilər Allahdan və şahlardan sonra üçüncü adam sayılırdı.  Fələstində iki yeni oxuma növü var idi: responondo və antiton. Responondo qanunu ilə 1 nəfər oxumağa başlayır, xor onun oxuduğunu davam etdirir. Antiton qanunu ilə xor iki qrupa bölünür və qruplar növbə ilə oxuyurlar. Öz səngin musiqi sənəti ilə Çin, Hindistan, Yaponiya xalqı bütün dünyada şöhrət qazanırlar.

   Bu ölkələrdə musiqi bir səsli idi. Çində musiqi pentatonika ladına əsaslanır və başqa şərq və qərb xalqlarının musiqisindən seçilir. Hind musiqisi isə əksinə olaraq çox pilləli ladlara əsaslanır.  Hələ qədim zamanlardan hind musiqisi öz musiqi elmi nəzəriyyəsi, musiqi ifaçılığı ilə məşhurdur. Hind musiqisinin əsas xüsusiyyətlərindən biri onun söz, hərəkət, rəqs, vokal ilə instrumental sahənin bir-biri ilə bağlılığıdır. Eyni zamanda hindlilərin rəqsləri həmişə sujetli, mənalı olması ilə seçilmişdir. Hind rəqsləri adətən vokal musiqinin müşayəti ilə ifa olunur. Belə hallarda çox vaxt mahnının vokal partiyasının mətnində rəqsin məzmunu açılır. Qədim hins musiqisi əsasən bir səslidir. Onun cüzi şəkildə çoxsəsli əlamətləri var. Musiqinin əsasının 7 pilləli diatonik səs düzümü təşkil edir.

   Hind musiqisinin lad xüsusiyyətləri məşhur Şurite sistemində izah olunmuşdur. Bu sistemin kökü yüksək ifaçılıq mədəniyyətindədir. O, poetik şeir, emosianal aksentlərlə yüksək vertouzlu improvizə ustalığı ilə əlamətdardır. Bütün Şərq ölkələrinin musiqisinin poeziya və rəqs ilə bağlılığı səciyyəvidir. Şərq ölkələrində musiqini çox vaxt kosmik, ilin fəsilləri, təbiətdəki hadisələrlə bağlılığı nəzərə çarpır. Yaponiyada hər ladın müəyyən qeyri-təbii qüvvəyə malikliyi, müəyyən emosianal xarakterdə olduğunu söyləyirlər. Sonralar bu ideyanı alimlər mənimsəmiş və dərindən işləyib genişləndirmişlər. Bunun əsasında məşhur yunan elmi – etos yaranmışdır. Şərq mədəniyyətinin bir sıra elementləri gələcəkdə Yunanıstan vasitəsilə Avropda da mənimsənilmişdir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur