spacex-daha-56-starlink-peykini-orbite-cixardi
Müəllif: Publisist.az /Tarix: 2023-05-14 /Oxunma Sayı: 191

"SpaceX" daha 56 "Starlink" peykini orbitə çıxardı

"SpaceX" bazar günü "Falcon 9" raketi 56 "Starlink" internet peykini orbitə çıxarıb.
 
Qaynarinfo bu barədə "SpaceX" kompaniyasına istinadən xəbər verir.
 
Bundan əvvəl "Falcon 9" raket daşıyıcısı Floridada "Starlink" internet peyklərinin başqa partiyası ilə orbitə buraxılmışdı. Buraxılış Kanaveral burnundan baş tutub. Buraxılışdan qısa müddət sonra reaktiv daşıyıcının birinci mərhələsi üzən platformaya enib.
"SpaceX" tvitində "56 "Starlink" peykinin orbitdə olduğu təsdiqlənib" deyilir.
 
"Starlink" dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə 2018-ci ilin fevralında "SpaceX" tərəfindən işə salınıb.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur