tolstoy-ve-metamorfozu
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-10-22 /Oxunma Sayı: 461

Tolstoy və metamorfozu

Doğum : 1828 Rusiya Yasna-Polyana

Ölüm  :  1910 Yasna-Polyana

Ən vacib əsərləri : Hərb və Sülh , Anna Karenina

 

   Lev Tolstoy orta yaşlarında yaşadığı mənəvi yüksəlişədək ,adi rus əsilzadəsinin həyatını yaşayırdı.Gündəliyinə belə bir etirafını qələmə almışdı: Müharibədə adam öldürdüm,düellərdə qarşımdakı adamlarla döyüşdüm,qumarda uduzdum,kəndlinin alın təri ilə biçdiyi məhsulu israf etdim,kəndlini vəhşicəsinə cəzalandırdım,həyat qadınlarıyla keflər çəkdim və insanları aldatdım.Yalanlar,soyğunçuluq,hər cür aldatma,içki,şiddət,cinayət..İşləmədiyim günah qalmadı “.

   Xidmətçilərinə əziyyət verməkdən və başqa dulları seksə məcbur eləməkdən daha çoxunu istəyirdi.Varlı və istəklərinin sonsuzluğu bir müddətdən sonra onun üçün mənəvi yükə çevrildi.İstədiyini tapmaq təqribən həyatının yarısını sərf etdi.

  Varlı ailənin uşağı olaraq dünyaya gələn Tolstoy müəllimləri tərəfindən – öyrənmə nə qabiliyyəti ,nədə həvəsi olan biri – kimi qiymətləndirilən tələbəydi.Vaxtının böyük hissəsini qumar və cinsi yolla keçən xəstəliklərlə mübarizə apararaq keçirdi.Ancaq yazma həvəsi gənc yaşlarında öz içində tumurcuqlanmışdı.Yetişib,gül açacaq zamanını gözləyirdi.Tolstoy hələ iyirmi yaşlarında bir neçə ciddi əsər yaratmışdı.

   Tolstoyun qeyd dəftərlərinə nəzər salsaq görəririk ki,qorxduğu ölümdən tez-tez qələmə alırdı.1854-cü ildə qanlı Sivastopol mühasirəsinin qazilərindən biri olan yazar,müharibə meydanında vəhşət və edamları xırdalığına qədər qələmə almışdı.

 Qardaşı Nikolasın 1860-cı ildə vəfatı Tolstoya bir daha ona öz ölmünü xatırlatdı.Qardaşı Dmitrini isə  yatağında ölümələ baş-başa buraxmışdı.Onun son anında yanında olmağı rədd etmişdi.Sonralar etiraflarında  bunu yazdı : Açığı onun ölmü ilə əlaqədar məni ən çox narahat edən şey ,sarayda dəvət olunduğum tədbirə gedə bilməməyim idi.

   Hələ otuz yaşlarında yazar evlilik həyatı yaşamaq  üçün çox yaşlı və çox çirkin olduğu qənaətinə gəlmişdi.Həkim qızı olan Sofia Andreyevna ( Sonya ) 1862-ci ildə onunla evlənməyə razı olanda ( 18 yaşı yenicə tamam olmuşdu ) , o çox təəccüblənmişdi.Sonyaya toy gecələrində otuz dörd yaşına qədər cinsi əlaqəyə məcbur elədiiyi qadınlar haqqında yazdığı gündəliyi oxumağa məcbur eləmişdi.Deyəsən Tolstoyun səmimiyyət anlayışı bu idi.

   Evlilikdən sonrakı həyatı nisbətən sakitlik içində keçdi.Həmin sakitlik dövründə   Tolstoy 13 uşaq atası oldu (üçü öldü) və şah əsəri olan “ Hərb və sülh ” ilə “ Anna Karenina ” nı yazdı.Bu romanlar şöhrərt və pul gətirsədə,eyni zamanda həyatını fəzilətli yaşamadığının fərqindəydi.Yazar mənəvi sıxıntıya düşdü,səhəti isə getdikcə pisləşdi.Tolstoyun “ Polad kimi əzələlərə amma tez-tez ürəyi gedən qadının sinirlərinə “, sahib olduğu deyilirdi.Romatizma, bağırsaq iltihabı,diş ağrısı, malyariya kiimi xəstəliklərlə mübarizə apardı.67 yaşında oğlunun ölümündən sonra dərin kədər içində olan Tolstoya velosiped hədiyyə edilir.Velosiped sürməyi bacara bilməyən yaşlı bu kişi öyrənir və gənclərə motivasiya termini olan , “ Tolstoyun velosipedi “ yaranır.

   Bəllidir ki,bu adam orta yaş dövrünün böhranını hələ övladları ölmədən əvvəl yaşamağa başladı.Bu böhran  mənəvi çevrilişlərə səbəb oldu.Tolstoy seksi,içkini,tütünü və ətdən imtina edərək özünü  ,“ Xrsitian anarxizmi “ həyatına həsr elədi.Artıq İsanın təlimlərinə uyğun olaraq yaşayacaq, amma rus pravoslav kilsəsini tanımayacaqdı.Düşüncələri və ona uyğun olaraq yaşam tərzi başqa mərhələyə keçid etdi.

    Sərbəst buraxdığı və var-dövlətini bağışladığı xidmətçilərinin sevgisini qazandı.Kor-kobud geyinir,geyindiyi paltarları özü tikirdi.Bu isə Sonyanın heç xoşuna getmədi.

    Həyat yoldaşı Sonya kiçik uşaq ordusu dünyaya gətirib böyütdü , “ Hərb və Sülhü ” 7 dəfə köçürmüş və düzəlişlər etmişdir.Moskva partiyalarının fəallarından olan Sonya Tolstoyu Xristian spirtualizm xəstliyinə yoluxmuş kimi qələmə veriridi.Bağ evlərinə gəlib gedən dindarları isə işin dadı duzu olmuşdu.Bundan əlavə Sonya haqlı olaraq kitab gəlirləri və mirası da daxil bütün mal-dövlətinindən imtina etməsindən çox narahat idi.

  Araların yaranan söz söhbəti bitirmək üçü boşanmağı təklif edən Tolstoya Sonya intihar edə biləcəyi ilə təhdid etdi.Bundan sora boşanma haqqında düşüncələrini kənara qoymalı oldu.Sonyanın onun gündəliyinə baxdığını öyrənəndə isə iplər tamam qopdu.Səssizcə evdən çıxıb ,48 illik həyat yoldaşına təşəkkür məktubunda belə qeyd etmişdi : Mənim yaşımdakı insanlar tez-tez etdiyi şeyi edirəm .Son günlərimi tək başıma və sükunət içində keçirə bilmək üçün dünyada vaz keçirəm.

  Deyilənlərə görə özü ilə götürdüyü tək kitab Dostoyevskinin “ Karamazov qardaşları“ dır.

  Təəssüf ki,o son günlərini ,dodurucu qatar Astapova stansiyasında keçirtdi.Yazıçı həm qızdırma içində yanır, həm də soyuqdan titrəyərək  üşüyürdü.Şüurunu itirmiş və saqqalı donmuş Tolstoy 1910-cu ildə vəfat etdi.

 

Robert Schnakenberg və Nurlan Suvarov

 

Paylaş: