torpaqdan-en-uzaqda-olan-noqte-nemo
Müəllif: Sona Xeyrulla /Tarix: 2021-02-05 /Oxunma Sayı: 706

Torpaqdan ən uzaqda olan nöqtə : "Nemo"

Bütün quru ərazilərdən ən uzaq məsafəyə getmək istəyirsinizsə Sakit okeanda yerləşən “Nemo” nöqtəsindən uzağa gedə bilməzsiniz. Bu nöqtəyə ən yaxın quru sahəsi bütün istiqamətlərdən təxminən 2,688 km məsafədə yerləşir ki, bu ərazi də məskunlaşmamış ərazidir. Hətta bəzən buraya ən yaxın insan bu ərazi üzərindən keçən Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar olur. Təəccüblü deyil ki,adının mənası Latın dilində “kimsəsiz” kimi tərcümə olunur.”Nemo” ötən əsrin 90-cı illərində əslən Xorvat-Kanadalı olan tədqiqat mühəndisi Hrvoje Lukatela coğrafi məkan komputer proqramından istifadə edilərək hesablanmış və müəyyən olunmuşdur.

“Nemo”nun uzaqlığından istifadə edən kosmik gəmi agentlikləri buranı “kosmik gəmi qəbrstanlığına” çevirmişlər. İstismar müddətini bitirmiş raket,peyk,kosmik gəmilər heç bir mülkə zərər yetirməmək üçün buraya yönəldilir. Indiyə qədər burada təxminən 260-a yaxın kosmik aparatın basdırıldığı ehtimal olunur.

Bu nöqtə həmçinin dünyanın ən cansız nöqtəsi də hesab olunur. Buna səbəb isə onun coğrafi mövqeyidir. Belə ki, sahildən uzaqda yerləşməsi bu nöqtənin sahil sularından az qidalanmasına gətirib çıxarır.

Paylaş: