usaqlara-gore-teyin-edilmis-muavinetler
Müəllif: Publisist.az /Tarix: 2021-02-23 /Oxunma Sayı: 499

Uşaqlara görə təyin edilmiş müavinətlər

       Bu gün ölkəmizdə gündəmdə olan məsələlərdən biri 18 yaşına çatmamış uşaqlara görə uşaq pulunun təyin edilməməsidir. Orta statistik azərbaycanlı ailəsinin aylıq gəlirinin çox aşağı nisbətdə olduğunu nəzərə alsaq bu narazıçılığın çox düzgün olduğunu görə bilərik.

       Lakin, uşaqlar üçün müəyyən şərtlər daxilində bəzi müavinətlər almaq mümkündür ki, bir çox ailələr bu müavinətlərdən xəbərdar olmadığı tədqirdə istifadə etmək şansını da itirirlər.

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə təyin edilmiş müavinət.

      Bu müavinət yalnız həmin şəxsə qəyyum təyin olunduğu tədqirdə verilir. Müavinətin məbləği aylıq 100 azn-dir.

 

  1. Hamiləlik və doğuma görə müavinət.

     Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara  126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki vəya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Bu müavinətin hesablanması işçinin aylıq gəlirinə və məzuniyyət müddətinə əsasən hesablanır.

 

  1. Uşağın anadan olmasına görə birdəfəlik müavinət

     2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət  200 manat məbləğində müəyyənləşdirilib.

 

  1. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

     Ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir.  Müavinətin məbləği 55 manat məbləğində müəyyənləşdirilib.

 

  1. 3 yaşınadək uşağa qulluğa görə müavinət

     Uşağa qulluq edən işləyən valideynlərdən biri  uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Bu müavinət bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

 

  1. Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda müavinət təyin edilir.  Hər uşağa görə müavinət 2019-ci ilin aprelin 1-dən 55manat məbləğində müəyyənləşdirilib.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur