veb-proqramlasdirma-uzre-olke-seviyyesinde-yaris-kecirilecek
Müəllif: Publisist.az /Tarix: 2021-06-29 /Oxunma Sayı: 618

Veb-proqramlaşdırma üzrə ölkə səviyyəsində yarış keçiriləcək.

“WorldSkills Azerbaijan” platforması iyulun 12-13-də veb-proqramlaşdırma üzrə ölkə səviyyəsində yarış keçirəcək.

Yarışın Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (SİPTM) keçirilməsi nəzərdə tutulur. Mərkəzin infrastrukturuna və WorldSkills yarışlarının avadanlıqla bağlı tələblərinə uyğun olaraq sözügedən yarışda 30 nəfərə qədər şəxsin iştirakı mümkündür. Yarışa 21 yaşa qədər istənilən Azərbaycan gənci qeydiyyatdan keçə bilər. Son qeydiyyat tarixi 5 iyuldur.

Yarış iki mərhələdən ibarət olacaq:

1.“Speed test” mərhələsi. 6 iyul tarixində keçiriləcək bu mərhələdə qeydiyyatdan keçmiş gənclər onlayn qaydada veb proqramlaşdırma üzrə 10-15 sualı cavablandıracaqlar. Bu mərhələ ilkin seçim turunu təşkil edəcək.

2.“Final” mərhələsi. “Speed test” mərhələsində yüksək nəticə göstərmiş iştirakçılar 12-13 iyul tarixlərində keçiriləcək yarışın final mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdə müsabiqəçilər “front-end”, ”back-end” və ”CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər.

Müsabiqənin qalibi olmuş gənclər yarışın baş sponsoru olan ATL Tech və ATL Academy şirkətlərində müvafiq olaraq təcrübə keçmək və müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq, eləcə də WorldSkills Asia tərəfindən təşkil edilən beynəlxalq yarışda iştirak etmək və Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

Yarış və müraciət qaydaları haqqında ətraflı məlumat: WorldSkills Azerbaijan

Qeydiyyat linki: Qeydiyyat

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur