xacli-seferleri-ve-sehid-edilen-40000-muselman
Müəllif: Publisist.az /Tarix: 2023-05-09 /Oxunma Sayı: 412

Xaçlı səfərləri və şəhid edilən 40.000 müsəlman

Xaçlı səfərlərini Papa II Urbanın qərarına həyəcanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul etdilər.

Bu insanlar yolboyu qarşılarına çıxan xeyli müsəlmanı, hətta yəhudini də, yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusu ilə qətlə yetirmişdilər. Xaçlılar hətta öldürdükləri insanların qarınlarını yırtaraq, onların "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar.

"Xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan, minlərlə müsəlmanı qılıncdan keçirdikdən sonra, 1099-cu ildə Qüdsə yахınlаşdı. Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılar Qüdsə dахil oldulаr. Bir tarixçinin dili ilə desək, "qarşılarına çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..." (Geste Francorum, or the Deeds of the Franks and the Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, s. 91)

“Raymund of Aguiles” adlı bir xaçlı, etdikləri bu vəhşiliyi tərifləyərək belə izah edir:
“Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nə idi. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı”. (August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921-ci il, səh. 261)

Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı.

Mənbə: Gizli Həqiqətlər 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur