4-cü ABB "Hackathon Startup Challenge"-a qeydiyyat davam edir!
4-cü ABB "Hackathon Startup Challenge"-a qeydiyyat davam edir!
Daşınmaz əmlak məlumatlarının təhlili, rəqəmsal ipotekada müştəri təcrübəsi, virtual daşınmaz əmlak səyahəti, mənzil ekosisteminin qurulması, daşınmaz əmlak aqreqatoru mövzuları 4-cü ABB "Hackathon Startup Challenge"-ın əsas istiqamətləridir. Müraciətçilər bu istiqamətlər ilə yanaşı digər sahələr üzrə olan innovativ həlləri ilə də müsabiqəyə qatıla bilərlər.
Siz müsabiqəyə qatılaraq:
müxtəlif sektorlar üzrə beynəlxalq təcrübəyə malik mütəxəssislərlə müzakirələr,
ideyanızın inkişafı üçün davamlı mentor dəstəyi və təlimlər,
inkubasiya mərhələsinə keçid,
ideyanızın yekun işlək məhsula çevrilməsi və 10000 AZN-dək investisiya yatırımı qazana bilərsiniz.
4-cü ABB "Hackathon Startup Challenge-a həm fərdi, həm də komanda şəklində müraciət edə bilərsiniz. Müraciət üçün xüsusi yaş limiti yoxdur. Sən də ideyanı bizimlə reallaşdır!
Son müraciət tarixi 15 may, saat 23:59-dur. Daha ətraflı məlumat və müraciət üçün linkə keçid edin: link burada
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur