agile-nedir
Müəllif: Publisist.az /Tarix: 2024-02-08 /Oxunma Sayı: 239

Agile nədir?

Agile riskləri idarə edərkən dəyişikliklərə effektiv cavab vermək qabiliyyətidir. Dəyişən və Qeyri-müəyyən mühitdə baş verənləri anlamaq, dəyişiklərə tez reaksiya verərək uyğunlaşmaq və nəticədə uğur qazanmaqdan ibarətdir.

Daha sadə şəkildə desək ətrafımızda baş verən və ya verə biləcək dəyişikləri başa düşərək, bunun bizim hədəfimizə maneə olmaması üçün ona uyğunlaşmağımıza Agile deyə bilərik.

 

 


Kim çıxartdı bu Agile-ı ortaya ?

Bir çox şəxsin ağlında “Hər gün yeni bir şey çıxır, indi də Agile-ı çıxardıblar başımıza”, “Nə olan şeydire bu Agile, hamı Agile deyir” kimi fikirlərin olduğunu bilirik. son vaxtlar hər birimiz bu sözü çox eşidirik. Vakansiyalarda, Sosial mediada, Coffe Shoplarda və qısacası hər yerdə.

Bəs necə oldu bu Agile ortaya çıxdı ? Kim çıxartdı bunu ortaya ?

Əslində Fərdi olaraq agile hər zaman var olub, bir çox insan Agile olsa da, buna bir ad qoymayıblar. Sizin də ətrafınızda hələdə Agile olan, lakin ad qoymayan insanlar mütləq ki, vardır. Buna baxmayaraq Agile-ın manifest kimi ortaya çıxması keçən 30 ilə təsadüf edir.

Keçək məktəblərdə keçirilən Ən yeni Tarixin Agile formasına…


Ən yeni Tarix - Agile

Agile nəhəng qlobal hərəkat kimi ortaya çıxdı. Agile təşkilatlara getdikcə dəyişən, qeyri-müəyyən, mürəkkəb dünyada uğur qazanmağa imkan verir. Qloballaşma, Texnologiya Transferi dəyişikliklərdə sürəti son 25 il ərzində kəskin surətdə artırdı. Cari gündə belə bütün indikatorlar bu sürətlənmənin davam etdiyini göstərir. Ən sadə şəkildə desək 2022-də ChatGPT-nin bazara sürətli girişi qlobal eko-sistemdə süni-intellekt sahəsidə başda insan davranışları olmaqla, təhsil, dövlət və d. 10-lara sahədə kütləvi dəyişikliyə səbəb oldu.

Bugünkü “kifayət qədər sürətli” böyük ehtimal ilə, gələcəkdə də bu formada davam edəcək olan dünyada, rəqabətə davamlı olmaq üçün təşkilatlara dəyişikliklərin sürətinə ayaq uydurmağa kömək edə biləcək bir proses lazımdır.

Scrum kimi Agile yanaşmaları təşkilatlara məhsulları daha tez və daha az xərclə hazırlamağa kömək edir və onlara sürətli, dəyişən bazarda rəqabət üstünlüyü verir. Onlar bazarın və müştərilərin həqiqi ehtiyaclarını ödəmək üçün daha tez uyğunlaşa bilirlər.

 

 

 


Agile Manifestosu

Agile Manifest 2001-ci ildə yaradılmışdır. O, hazırda ümumi istifadə edilən ağır işləyən proseslərə cavab olaraq hazırlanmışdı.

Problemlərin aşağı-yuxarı hər kəs üçün eyni olduğunu görən bir qrup ağıllı insan2001-ci ildə bir araya gələrək:

  • necə edək ki proqramçını daha çox işlədək?

  • necə edək ki, müştəri daha məmnun qalsın?

  • necə edək ki daha az vaxt və resursla daha yaxşı məhsul hazırlaya bilək?

  • necə edək ki, özüdə nə istədiyini bilməyən müştərinin beynindəki məhsulu hazırlaya bilək?

Sualları cavab tapmağa çalışaraq Agile çevik proqram təminatının hazırlanması yanaşmasını yaratdılar. Yanaşma özündə 4 dəyər və 12 prinsipi birləşdirir.

 

Agile Manifestin dəyərləri bunlardır:

Belə ki,

  1. FƏRDLƏR VƏ ÜNSİYYƏT ---- proses və alətlərdən üstündür;

  2. İŞLƏYƏN PROQRAM ---- mürəkkəb sənədləşmədən üstündür;

  3. MÜŞTƏRİ İLƏ ƏMƏKDAŞLIQ ---- müqavilə razılaşmalarından üstündür;

  4. DƏYİŞİKLİYƏ CAVAB VERMƏK ---- plana əməl etməkdən üstündür.

 

Bu yazının davamında 12 prinsp ilə bağlı həftəlik yazılar yayımlanacaqdır. İzləmədə qalın...

Müəllif : Urfan Sarkarov

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur