fatihe-suresi-qurani-kerim-de-ilk-sure
Müəllif: Publisist.az /Tarix: 2024-05-25 /Oxunma Sayı: 147

Fatihə surəsi - "Qurani Kərim" də ilk surə

Qurani-Kərimin ilk surəsidir. Allahın (c.c) varlığını, birliyini və hökmranlığını bildirən surə Məkkə dövründə nazil olub və yeddi ayədən ibarətdir. Hər bir fərz və sünnət namazında oxunan Fatihə surəsi hər kəsin əzbər bilməli olduğu bir surədir. Buna Fatihə duası da deyilir. "Əlhəmdulillahi rabbil'aləmin" müqəddiməsi ilə başlayan Fatihə surəsinin ərəbcə yazılışı və oxunuşunu təqdim edirik. 

Ərəbcə oxunuşu:

  1. بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
  2. الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
  3. الرَّحْمَٰنِ الرَّحِيمِ
  4. مَالِكِ يَوْمِ الدِّينِ
  5. إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
  6. اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
  7. صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ 

Oxunuşu:

Bismilləhir-rahmənir-rahim

Əlhəmdu lilləhi Rabbil-aləmin

Ər-Rahmanir-Rahim.

Məliki yəumid-din

İyyəkə nə`budu və iyyəkə nəstəin

İhdinəs siratəl-mustəqim

Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələd-dallin.

Tərcüməsi:

1 – Rəhman və Rəhim Allahın adı ilə!
2 – Həmd olsun aləmlərin Rəbbi Allaha,
3 – Mərhəmətli və Rəhmliyə,
4 – Haqq-hesab gününün Hökmdarına!
5 – Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 – Bizi doğru yola yönəlt –
7 – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur