alcanin-faydalari
Müəllif: Publisist.az /Tarix: 2023-05-15 /Oxunma Sayı: 493

Alçanın faydaları

Hər kəsin sevimli meyvəsi olan yaşıl alçanın faydaları kifayət qədər yüksəkdir...
Alçanın tərkibində A, C, K vitaminləri, kalium, fosfor mineralları, beta-karoten, lutein və zeaksantin kimi antioksidan birləşmələr var.
✅Yaşıl alça aşağı qlisemik indeksli bir meyvə olmaqla, qanda şəkər səviyyəsini kontrolda saxlayır.
✅ C vitamin zənginliyi sayəsində immun sistemini gücləndirir.
✅ Antioksidant təsir göstərərək ürək sağlamlığını qoruyur.
✅ Arıqlamağa kömək edir.
✅ Qəbzliyin qarşısını alır.
✅ Göz sağlamlığı üçün faydalıdır.
✅ Qırışıqların əmələ gəlməsini gecikdirir.
✅ Ağız və diş sağlamlığını qoruyur, antioksidant xüsusiyyəti ilə ağızdakı pis qoxunu yox edir.

📌 Alçanı duzla yemək zərərlidir çünki, çox miqdarda duz qəbulu orqanizmdə ödemə səbəb olur. Ürək, böyrək və sümük sağlamlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, ac halda yüksək miqdarda yeyilən alça mədə pozğunluğu olan insanlarda qaz əmələ gəlməsinə səbəb ola bilər.

Müəllif : Endokrinoloq Dr. Fərhad Burzu

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur