AYƏTÜL-KÜRSİ duası
Ərəbcə oxunuşu:
Allahü lə iləhə illə üvəl-əyyül-qayyum, lə tə'xuzuhu sinətun və lə nəvmun, ləhu ma fis-səmavati və ma fü-ərzi, mən zəlləzi yəşfəu indəhu illə bi iznihi, ya'ləmu mə bəynə əydihim və mə xəlfəhum, vəla yuhitunə bi şeyin min ilmihi illə bimə şə'ə vəsiə kursiyyu hus-səmavati vəl-ərzə, və lə yəuduhu hifzuhuma və huvəl aliyyul azim.
Mənası:
Allahdan başqa ilah yoxdur. O, diridir, əbədidir, Allahın gözü yaratdıqlarının üstündədir. Onu nə mürgü tutar, nədə yuxu. Göylərdə və yerlərdə nə varsa, onundur. Onun izni olmadan yanına iltimas üçün kim gələ bilər? Onların (Allahın) elmindən yalnız özü istədiyi qədər qavraya bilərlər. Onun “Kürsü”sü göyləri və yerləri əhatə etmişdir. Bunları hifz etmək (qorumaq) Allah-Təala üçün çətin (ağır bir iş) deyil. Və O (Allah) uca və əzəmətlidir.
Ərəbcə yazılışı:
Ayətəl- kürsi duasının fəzilətləri
"Adamın biri Hz. Peyğəmbərə gəlib Quranın ən fəzilətli ayəsi hansıdır?' deyə soruşdu. Rəsulullah (s.ə.s.) belə buyurdu: Allahu La ilahə illa huvə'l-Hayyu'l-Qayyum... " (Müslim, Müsafirin, 258; Əbu Davud, əl-Huruf vəl-Kira, 35; İbn Hənbəl, V, 142). Başqa bir hədisdə də: "Quranın ən fəzilətli ayəsi Bəqərə surəsindəki Ayətul-Kürsidir. Bu ayə bir evdə oxunduğu zaman Şeytan oradan uzaqlaşar. " (Tirmizi, Fədailul-Quran, 2)
Rəsulullah (s.ə.s.) bir dəfə Kab oğulu Ubeyə, əzbərində olan ayələrdən hansının daha uca olduğunu soruşmuş, "Allah və Rəsulu daha yaxşı bilər" cavabını alınca, sualı təkrar etmiş, bunun üzərinə Ubey, bildiyi ən uca ayənin "Allahu la ilahə illa hüvə'l-Hayyu'l-Qayyum" olduğunu söyləmişdir. Rəsulullah (s.ə.s.) aldığı cavabdan məmnun olaraq Ubeyin sinəsinə vuraraq Ey Əbu Münzir! Elm sənə müqəddəs olsun. " buyurmuşdur. (Əbu Davud, Vitr, 17) Ayrıca Hz. Peyğəmbər (s.ə.s.) "Ayətu'l-Kursi Quran ayələrinin şahıdır" buyurmuşdur. (Tirmizi, Fedailu'l-Quran, 2)
Bu ayədə Cənabı Allahın ucalığı, sifətləri, kainatda meydana gələn böyük hadisələrin tamamilə onun iradəsi istiqamətində baş verdiyi, onun istəyi və icazəsi olmadan heç bir kimsənin başqasına şəfaət edə bilməyəcəyi, Onun kürsüsü, göylərdə və yerdəkilərin ona aid olduğu haqqında məlumat verilməkdədir. Tərcüməsi belədir:
Allah (İbadətə ən layiq olandır), Ondan başqa ilah yoxdur. Diridir (əzəli və əbədidir), Qayyumdur (varlıqların bütün işlərini təşkil edicidir. Yaratmada, ruzi vermədə məxluqatın yeganə sahib və hakimi olub hər şey onun sayəsində ayaqda dayanar) Onu nə bir mürgüləmə alar, nə də yuxu. Göylərdə və yerdə nə varsa hamısı onundur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, (bütün yaradılmışların) önlərindəkini (dünyadakı bütün etdiklərini, gizlədiklərini), arxalarındakını (Axirətdə olacaq Şeyi) bilər. Onun elmindən, özünün dilədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü (elmi) göyləri və yeri əhatə etmişdir. Və onların (göylərin və yerin) qorunması Ona ağır gəlməz. O, çox uca çox böyükdür. " (Əhməd Ağırakça, Şamil İslam Ans.)
Mənbə: https://suallarlaislam.com/