azerbaycan-kinematoqrafcilar-ittifaqi-qelbden-qeleme-ssenarinin-inkisafi-uzre-yay-mektebine-qebul-elan-edir
Müəllif: Publisist.az /Tarix: 2021-07-29 /Oxunma Sayı: 432

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə Yay Məktəbinə qəbul elan edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə Yay Məktəbinə qəbul elan edir.

Avqust ayının 23-30-u Şəki şəhərində keçiriləcək yay məktəbində iştirakçılar ssenari nədir, ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə tanış olacaqlar.
Əgər sizin də gələcəkdə ekranlaşdırmaq istədiyiniz film ideyanız var, amma onu necə başlamalı, ssenari yazılma prosesində hansı mərhələlərdən keçməli, yazarkən nələrə diqqət etməli kimi sualları düşünürsünüzsə ideya sizdən onu ssenari kimi formalaşdırmağa dəstək olmaq bizdən.
Layihəyə indiyə qədər az da olsa ssenari və ya yazarlıq təcrübəsi olmuş, kino və ssenari sahəsində ibtidai biliklərə sahib 23 yaşdan yuxarı iştirakçılar müraciət edə bilərlər.
Hər hansı sual yarandığı təqdirdə info@aki.az ünvanına mail göndərə bilərsiniz.
Layihədə iştirak pulsuzdur.
Müraciət üçün son tarix 8 avqustdur.
 
Müraciət forması:
Link burada
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur