baxis-2-festivali-davam-edir
Müəllif: Publisist.az /Tarix: 2022-03-09 /Oxunma Sayı: 408

“Baxış - 2” festivalı davam edir

Publisist.az 525.aza istinadən xəbər verir ki, festivalı açıq elan edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov bu yaradıcılıq laboratoriyalarının fəaliyyətinin əhəmiyyəti barədə söhbət açıb. O bildirib ki, gənclərin potensialının üzə çıxması baxımından festivalın təşkili təqdirəlayiq addımdır.

Martın 10-a qədər müxtəlif tamaşalar hər gün 14:00-da və 17:00-da sərgilənəcək.

Belə ki, ilk olaraq, Müşfiq Əliyevin quruluşunda Benkt Alforsun “İllüziyaçılar” adlı səhnə əsərini izləyiblər. Əsərin tərcüməsi Zümrüd Quliyevaya, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Rollarda Kərəm Hadızadə Zümrüd Quliyeva, Elnur Hüseynov çıxış edirdilər.

Elə həmin gün tamaşaçılar Ayla Osmanovanın quruluşunda F.M.Dostoyevskinin “Raskolnikoff” (“Cinayət və Cəza” romanı əsasında) tamaşasını izləyiblər. Tamaşanın musiqi tərtibatçısı Ağa Səlim Feyzullayevdir. Rollarda Nurlan Süleymanlı və Xəyalə Meydanova çıxış edirdilər.

Gənc rejissorların yaradıcılıq laboratoriyası tərəfindən hazırlanan tamaşalar izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Bu gün – martın 7-də Əziz Nesinin “Bir qadının dueti”, C.Bayronun “Qabil” pyesi əsasında hazırlanmış Xülya tamaşaları izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, Gənc rejissorların yaradıcılıq laboratoriyasının bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Nadir Yalçın

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur