esa-teatri-iki-ilden-sonra-yeniden-sehnede-cixis-yoxdur
Müəllif: Publisist.az /Tarix: 2022-01-17 /Oxunma Sayı: 627

ƏSA Teatrı iki ildən sonra yenidən səhnədə - Çıxış yoxdur!

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi-dramının premyerasını keçirəcək.

Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.  

Premyera 9 fevral saat 19:00-da Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq. Biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, COVİD-19 (koronavirus) pandemiyası ilə əlaqədar ƏSA Teatrı da tamaşa nümayişlərini dayandırmaq məcburiyyətində qalmışdı. Teatr bu müddət ərzində bir çox uğurlu layihələr icra etsə də, iki ildən sonra ilk dəfədir canlı tamaşa nümayişi həyata keçirəcək.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur