ramadan
Ramazana son -
dovlet-pantomim-teatrinda-perviz-seyidlinin-qurulusunda-gil-tamasasi
Müəllif: Publisist.az /Tarix: 2025-01-15 /Oxunma Sayı: 106

Dövlət Pantomim Teatrında Pərviz Seyidlinin quruluşunda “Gil” tamaşası

Tamaşa böyük Azərbaycan şairi, mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə ithaf olunub.

Tamaşa Məhəmməd Füzulinin timsalında insanın özünü gil kimi yoğurması, həyatı boyu daim məna axtarışında olması ilə bağlıdır. “Gil” tamaşası sualının insanın içində yaratdığı təlatümlərin, fırtınaların dünyasıdır. Saxta yəqinlərlə həqiqi şübhələrin savaşıdır. Bu savaş meydanında isə dahi şair Məhəmməd Füzuli var.