dunyanin-istenilen-yerinden-idare-oluna-bilen-robot-it-spot
Müəllif: Publisist.az /Tarix: 2021-02-03 /Oxunma Sayı: 657

Dünyanın istənilən yerindən idarə oluna bilən Robot it - Spot

   Boston Dinamic-ə məxsus robot Spot artıq veb brauzer əsaslı platform olan Skaut(Scout) sayəsində dünyanın istənilən yerindən idarə oluna bilir. Şirkətin vitse prezidenti Maykl Perrinin sözlərinə görə əvvəlki illərdə Spot sifarişli tablet ilə idarə olunurdu bunun üçünsə operator yaxın məsafədə olmalı idi. Boston Dynamics ötən il 400 ədəd Spot satdıqlarını açıqladı. Bu robotlar tikintidə, dərin yeraltı şaxtalarda, nüvə enerji stansiyalarında və dəniz neft qazma qurğularında istifadə olunur. Skaut əsasında Spot klaviatura və pult vasitəsilə idarə olunur. Spot ilə əlaqə itdikdə isə robot ən son siqnal aldığı nöqtəyə qədər hərəkətini davam etdirir.

Skautun nəzarət sisteminə daxildir:

  • “pilləkan rejimi” robota pilləkanı müəyyən etməkdə kömək edir.
  • “ərazi rejimi” 3D texnologiyasına əsaslanan ərazi məlumatı
  • “özünü doğrultma” əgər yıxılarsa yenidən əvvəlki vəziyyətinə qayıtmasını təmin edir.

Ən son yeniliklərdən sonra robot 74,5000 ABŞ dolları qiymətində dəyərləndirilir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur