unec-in-mba-proqraminda-yeni-ixtisaslasma-acildi
Müəllif: Publisist.az /Tarix: 2024-05-07 /Oxunma Sayı: 203

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı

QS dünya universitetləri reytinqində ölkə birincisi olan UNEC MBA proqramı üzrə beynəlxalq keyfiyyətli təhsil almaq istəyənlər üçün geniş ixtisas seçimi təklif edir.

 

UNEC Biznes Məktəbində əmək bazarında ən çox tələb olunan 30 ixtisaslaşma üzrə 3 dildə qəbul həyata keçirilir. “Maliyyə analitikası” ixtisaslaşmasına qəbul isə bu ildən aparılacaq. Təhsil 2 ildir və dərslər həftədə 2 dəfə tədris olunur.

 

Magistrlər ikili diplom proqramı çərçivəsində 2 il ərzində UNEC-lə yanaşı, ABŞ-ın Linkoln Universitetinin də diplomunu əldə edə bilirlər. Eləcə də İsveçrə, Fransa, İtaliya, Türkiyə, Polşa, Litva, İspaniya və digər Avropa dövlətlərinin aparıcı universitetlərində mübadilədə iştirak etmək imkanları qazanırlar.

 

UNEC Bİznes Məktəbində təhsil almağın digər üstünlüyü isə məzunlarının ACCA sertifikatı əldə edə bilməsidir. Belə ki, MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan magistrlər ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən (F1-F9), digər ixtisaslaşmalarda isə ACCA-nin F1-F4 imtahanlarından azad olunurlar.

 

UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management Development (Bussines School Accreditation)) təşkilatının tam hüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla, 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi magistrlərin ölkə hüdudlarından kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrlər qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.

 

Şəhərin mərkəzində yerləşən möhtəşəm kampusda təhsil alan magistrlər, xarici universitetlərdən dəvət olunmuş müəllimlər sayəsində nəzəri biliklərə, iş dünyasının CEO-ları ilə praktiki bacarıqlara yiyələnə biləcəklər.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur