twitter-qeyri-aktiv-istifadeci-adlarini-satisa-cixara-biler
Müəllif: Publisist.az /Tarix: 2023-01-12 /Oxunma Sayı: 362

Twitter qeyri-aktiv istifadəçi adlarını satışa çıxara bilər

İlon Maskın alması ilə gəlirlərini artırmaq üçün yeni modellər axtaran Twitter, istifadəçi adlarını bu dəfə hərrac yolu ilə satışa çıxarmağı düşünür.The New York Times-ın paylaşdığı xəbərə görə, bu ideya dekabr ayından etibarən şirkətin gündəmində olub. Mask həmçinin keçən ay bir tvitində platformadakı qeyri-aktiv hesabların silinəcəyini və 1,5 milyard istifadəçi adının istifadəyə veriləcəyini açıqlamışdı.Twitter-in mövzu ilə bağlı siyasəti normal olaraq istifadəçi adlarının ticarətinə icazə vermir. Bu qaydaya baxmayaraq, insanlar illərdir bəyəndikləri istifadəçi adlarını almaq üçün qara bazardan istifadə edirlər.Arzu olunan istifadəçi adlarının satılması təcrübəsi keçmişdə hakerlərin diqqətini cəlb etmişdi, bir yeniyetmə haker sosial şəbəkəni sındırdıqdan və satmaq üçün yüksək profilli istifadəçi adları əldə etdikdən sonra 2020-ci ildə həbs olundu.Haker,  Musk, ABŞ-ın keçmiş prezidenti Barak Obama və Bill Qeyts də daxil olmaqla bir çox tanınmış şəxslərin hesablarını sındırmışdı.Platformanın gəlirlərinin artmasına xidmət edəcək bu addımın nə vaxt atılacağı ilə bağlı dəqiq məlumat yoxdur. Eyni məqsədlə şirkət bu ayın əvvəlində siyasi reklamlara qoyduğu qadağanı aradan qaldırmağı planlaşdırdığını açıqlamış, noyabrda isə istifadəçilərə 7,99 dollara təklif olunacaq Twitter Blue abunəliyini təqdim etmişdi.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur