ƏSA Teatrında premyera - "Bağlı qapı arxasında"
9 fevral İnklüziv ƏSA Teatrının yeni tamaşasının premyerası baş tutdu
Fransız eksiztensialist yazıçı Jan-Pol Sartrın Azərbaycanda ilk dəfə səhnələşdirilən "Bağlı qapı arxasında" əsəri əsasında hazırlanan "Çıxış yoxdur" fəlsəfi-dramının nümayişi anşlaqla keçdi.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə , prodüseri Nicat Qulam , işıq rəssamı Binyamin Sailovdur.
Rollarda Elşən Əsgərov Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva, Gülçin Qasımova iştirak edirdi.

Fotoların müəllifi: Famil Mahmudbəyli


Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur