feryad-2nin-premyerasi-korkut-ata-film-festivalinda-olacaq
Müəllif: Publisist.az /Tarix: 2022-10-28 /Oxunma Sayı: 274

“Fəryad 2”nin premyerası “Korkut Ata” film festivalında olacaq

“Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) filminin premyerası “Korkut Ata” film festivalında olacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin dünya premyerası 1-5 noyabr tarixində Türkiyə Respublikasının Bursa şəhərində keçiriləcək “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında baş tutacaq.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur